image-qanunla-reklam
image-1733115855-upload-2024-11-28t221244z_791588768_rc2leba34xxm_rtrmadp_3_georgia-politics-eu__2_-pic_32ratio_900x600-900x600-18192

Gürcüstanda son vəziyyət… – VİDEO

image-lady-day-az

Tbilisidə xüsusi təyinatlılar etirazçıları Rustaveli prospektindən sıxışdırıblar, bundan sonra onlar etirazçıları kütləvi şəkildə saxlamağa başlayıblar.

Qanunla.az  xarici KİV-ə istinadən xəbər verir ki, xüsusi təyinatlılar bütün gecəni etirazçıları Rustaveli prospektində saxlayıb, onların parlamentə qayıtmasına mane olub.

Səhər saatlarında hüquq-mühafizə orqanları bir neçə etirazçını saxlayıb.Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, dekabrın 1-2-də Tbilisidə keçirilən etirazlar zamanı 21 polis yaralanıb.

Xatırladaq ki,  noyabrın 28-dən Tbilisidə və Gürcüstanın digər şəhərlərində hakimiyyət ölkənin 2028-ci ilə qədər Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları dayandırdığını elan etdikdən sonra etiraz aksiyaları keçirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki