image-qanunla-reklam
image-a56e81b8-be44-3ef3-a2e6-592d30662472_850

Gürcüstanda vaksinasiya tempi aşağı düşüb, beşinci dalğa gözlənilir

image-lady-day-az

“Gürcüstanda koronavirusa qarşı sutkalıq vaksinasiya tempinin aşağı olması narahatlıq doğurur”.

Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze brifinqdə deyib.

Onun sözlərinə görə, tempin artırılmasına nail olunmasa, ölkədə pandemiyanın beşinci dalğası daha çətin olacaq.

Qeyd edək ki, Gürcüstanda ötən sutkada daha 4 774 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub. Bu da sutkalıq yoluxmada antirekord sayılır. Ötən gün 1 623 nəfər sağalaraq evə buraxılıb, 37 pasiyent vəfat edib.

Hazırkı dövrədək Gürcüstanda COVID-19 infeksiyası 640 357 nəfərdə aşkarlanıb. Onların 603 995-i sağalıb, 9 306-sı dünyasını dəyişib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki