image-qanunla-reklam
image-cd9e3d68560b949baa27d19f5b6b86a1

Gürcüstanın Qərbə qarşı qurtuluş savaşı – kritik gün, son həmlə

image-lady-day-az

Qərb qonşumuz Gürcüstanda 26 oktyabr parlament seçkilərindən sonra müxalifətin hakimiyyəti devirmək cəhdləri səngimir. Əlbəttə ki, pərdəarxasındakı əsas rejissorun – Qərbin diktəsi ilə. İnqilab ssenarisinin baş icraçısı rolunda isə Fransa vətəndaşlığı olan prezident Salome Zurabişvilidir. 

Zurabişvilinin səlahiyyəti dekabrın 16-da bitəcək. Bu gün – dekabrın 14-də isə Gürcüstanda yeni prezident seçilməlidir. Növbəti beş il üçün dövlət başçısını 300 nəfərdən ibarət Seçicilər Kollegiyası müəyyənləşdirəcək. Lakin müxalifət və Zurabilşvili nəticəni tanımayacaqlarını bildirib.

“Qeyri-legitim parlamentin prezident seçmək səlahiyyəti yoxdur, Salome Zurabişvili Gürcüstanın prezidenti, Müdafiə Qüvvələrinin ali baş komandanı və xarici münasibətlərdə ali nümayəndəsi qalır”.

Bu barədə Gürcüstanın müxalif birliklərinin qəbul etdikləri birgə bəyanatda deyilir. Sənəddə “yeni və ədalətli seçkilər siyasi böhrandan yeganə çıxış yolu” kimi göstərilib.

Maraqlıdır ki, bu arada Gürcüstan mətbuatı baş naziri İrakli Kobaxidzenin öz vəzifəsini tərk etməyə hazırlaşdığını iddia edib. Məlumata görə, hakim “Gürcü arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili artıq qərar verib. İvanişvilinin Makronla telefon danışığının da Kobaxidzenin istefasını sürətləndirəcəyi qeyd olunub.

Qonşu ölkədə nə baş verir, İvanişvili Qərbə qarşı son həmləyəmi hazırlaşır? Elə isə keçiddə “atlar” niyə dəyişdirilir?

Bütün bunlar çox yüksək göstəricilərdir…” – SONA ƏLİYEVA – EtikXəbər

Sona Əliyeva

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a bildirdi ki, Gürcüstandakı prezident seçkiləri Qərbin Tiflisdəki son çırpınışlarıdır: “16 dekabrda gürcülər ”Qərbin son iliyi”ni də vuracaq və beləliklə, Gürcüstanın siyasi tarixində yeni mərhələ başlayacaq. Salome Zurabişvili dəftəri artıq qonşu ölkədə qapanır. Hətta Gürcüstanın xanım prezidenti hakimiyyətdən getmək istəmədiyini, dirəniş göstərəcəyini söyləsə də mövcud qanunvericiliyə əsasən heç nə edə bilməyəcək. Çünki Gürcüstan qanunvericiliyində prezident məhdud səlahiyyətlərə malikdir. Düşünürəm ki, Zurabişvili son həmlə olaraq əhalini küçələrə çıxarmaq üçün gedişlər gedəcək. Bu da vətəndaşı olduğu Fransanın həmləsidir. Yəni, Paris və Makron hakimiyyəti siyasi şahmat taxtasında “at”ları geri çəkərək “son fil həmləsi” edəcək. Bu da Qərbin Tiflisdəki son intihar həmləsi deməkdir. Yəni, bu vaxta qədərki etirazlar heç nəyi dəyişməyibsə, deməli, bundan sonra da hər hansı bir dəyişiklik baş verməyəcək. Artıq gürcü elitası öz yolunu müəyyənləşdirib. Gürcülər Kreml xəttini götürürlər. Məsələ odur ki, onlar buna sadəcə məcburdurlar. Abxaziya və Cənubi Osetiya kimi problemləri var. Gürcüstan Qərb yolunu tutsa, hər iki ərazidən birdəfəlik imtina etmək məcburiyyətində qalacaqdı ki, bu da şimal-qərb qonşumuzun suverenliyinə ciddi təhdiddir. Bir sözlə, “Gürcü arzusu” bütün imkanlarını səfərbər edərək indiki mərhələdən Gürcüstanı itkisiz çıxarmaq istəyir. Salome Zurabişvilinin yerinə kimin seçilməsi də bir o qədər önəmli olmayacaq. Çünki Gürcüstanda əsas söz hökumət başçısınındır, dövlət başçıları qismən simvolik səlahiyyət sahibidirlər. Amma bununla belə, Qərb Gürcüstandan yenə də əl çəkməyəcək. Buranı qarışdırmaq üçün qollarını çırmalayacaq. Ola bilər ki, yaxın günlərdə Qərb yeni iğtişaş planları ilə Gürcüstanda gündəmə gəlsin. Hətta teraktların gerçəkləşməsi də mümkündür. Düşünürəm ki, bu halda belə Tiflisin siyasi iradəsinə təsir göstərmək mümkün olmayacaq”.

Kamran Məmmədli: ""Meydan TV" jurnalistlərinin həbsi siyasi xarakter  daşımır"

 Kamran Məmmədli

AĞ Partiya başqanının müavini, siyasi şərhçi Kamran Məmmədlinin fikrincə, Gürcüstanda baş verən hadisələr regionda geosiyasi güc mübarizəsinin bir göstəricisidir: “Qərbin Gürcüstanın daxili siyasətinə müdaxilə cəhdləri yeni deyil və bu müdaxilələrin məqsədi ölkənin strateji mövqeyindən istifadə edərək Rusiyaya qarşı mövqe tutmaqdır. Salome Zurabişvilinin mövqeyi və müxalifətin seçkiləri qeyri-legitim elan etməsi, Qərbin Gürcüstan siyasətinə təsirini artırmağa yönəlmiş bir addımdır. Bu cür cəhdlər, əsasən, Qərbin dəstəyi ilə baş verən ”rəngli inqilablar” ssenarisini xatırladır. Lakin baş nazir İrakli Kobaxidzenin istefa ehtimalları və Bidzina İvanişvilinin bu gedişatı etirazları zəiflətmək və siyasi böhranı azaltmaq məqsədi dayışır. Hesab edirəm ki, bu gediş doğrudur və Gürcüstan hakimiyyəti bu gedişlə qərbin təzyiqlərinə baxmayaraq, ölkənin daxili və xarici siyasətində balansı qorumağa çalışır. Onun Makronla apardığı danışıqlar və Kobaxidzenin vəzifədən ayrılma ehtimalları bu böhranı bitirmək və yeni mərhələyə keçmək niyyəti daşıyır. Bəzən böhran zamanı hakimiyyətlərin belə siyasi gedişləri geri addım kimi qiymətləndirilməməlidir. Ümid edirik ki, Gürcüstandakı bu böhran tezliklə öz həllini tapacaq”.

Asif Nərimanlı: "O başqa məsələ ki, İran Azərbaycanı yox, Ermənistanı sevir"

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı: “Gürcü arzusu” partiyası vaxtı ilə prezident postuna namizədliyini irəli sürdüyü Zurabişvili ilə yollarını ayırır və mövcud vəziyyətdə müxalifətin dirəniş göstərməsinə baxmayaraq, buna nail olacaqlar. Prezidenti ilk dəfə Seçicilər Kollegiyasının seçməsi də hakimiyyətin əlini gücləndirir, çünki hakim partiyanın Kollegiyada üstünlüyü var, hətta müxalifət boykot edəcəyi təqdirdə belə, yenə də yetərsay təmin ediləcək. Fikrimcə, Zurabişvilinin yola salınması Qərblə də razılaşdırılıb, Makronla İvanişvilinin son telefon danışığı buna dəlalət edir. Gürcüstanda hakimiyyəti seçkilər yolu ilə dəyişə bilmədilər, eyni zamanda, etiraz aksiyaları ilə də nəticə əldə etmək mümkünsüz görünür. Bu halda Avropa Gürcüstanda, həm də bütövlükdə Cənubi Qafqazda tam itirməmək üçün “Gürcü arzusu” ilə anlaşmaya getdiyi görünür. Kobaxidzenin istefaya göndəriləcəyi xəbərləri bu kontekstdə təsadüfi deyil. Belə demək mümkünsə, İvanişvili Kobaxidzeni Avropa ilə razılaşmaya “qurban” verir. Bu, Kobaxidzenin tamamilə “vurulması”, yaxud komandadan uzaqlaşdırılması yox, “geriyə çəkilməsi”dir. Qaribaşvili ilə də eyni ssenari baş vermişdi. Qaribaşvili çıxışları ilə Qərbi sərt tənqid edirdi, “xarici agentlər haqqında” qanunun qəbulu prosesində onun istefaya göndərilməsi Gürcüstan hakimiyyətinin Qərbə “jesti”, “əməkdaşlıq qapıları tam bağlanmayıb” mesajı idi. Kobaxidze üzərindən də eyni mesaj verilə bilər, o da bu prosesdə Qərbə qarşı sərt tənqidlərin aparıcısı rolunda çıxış edirdi. İstisna deyil ki, Zurabişvilinin oyundan çıxarılması, Qərblə – söhbət xüsusilə Avropa İttifaqından gedir – müəyyən razılaşma qarşılığında Kobaxidze “qurban” verilir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki