image-qanunla-reklam
image-eddeddb7-aa0b-349e-8e8d-313392a77997_850

Gürcüstanlı futzalçı: “Azərbaycan millisinin bu cür turnirlərdə təcrübəsi var”

image-lady-day-az

“Azərbaycan millisi 6-cı dəfə Avropa çempionatının final mərhələsində çıxış edir ki, bu da rəqib üçün müsbət haldır”.

Qanunla.az-ın məlumatına görə, bunu futzal üzrə Gürcüstan milli komandasının kapitanı Zviad Kupatatdze Avropa çempionatında Azərbaycan yığmasına qarşı keçirəcəkləri D qrupunun ilk tur matçından öncə mətbuat konfransında deyib.

O bildirib ki, Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektivin bu cür turnirlərdə oynamaq təcrübəsi var: “Biz isə təcrübəsiz komandayıq. Bununla belə, şanslar bərabərdir. Hər şeyi xırda nüanslar həll edəcək. Oyunçularımız yaxşı formadadır. İlk oyuna tam hazırıq”.

Qeyd edək ki, dekabrın 22-də keçiriləcək Gürcüstan – Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki