Olimpiyaçı güləşçilərimiz bu il keçiriləcək dünya çempionatına, eləcə də digər beynəlxalq yarışlara yollanmayacaq.
Qanunla.Az-ın məlumatına görə, olimpiyaçımızdan təkcə qadınlardan ibarət milli komandamızın üzvü Elis Manalova, Yunan-Roma yığmasının üzvləri Rafiq Hüseynov və İslam Abbbasov Norveçin Oslo şəhərində 2-10 oktyabr tarixlərində keçiriləcək Dünya çempionatında qüvvəsini sıyacaq.
Hacı Əliyev, Şərif Şərifov, Mariya Stadnik və digərləri bu ilki yarışlardan əsas da Dünya çempionatında imtina edib, növbəti ildən hazırlıqlarını davaç etmək niyyətindədirlər.