image-qanunla-reklam
image-fotojet-3

Hacıqabul və Sabirabadda evlərini tərk edən koronavirus xəstələri aşkarlanıb – FOTO

image-lady-day-az

 

Hacıqabul və Sabirabad rayonlarında yaşayış yerlərini tərk edən koronavirus xəstələri aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul rayon sakini Mütəllim Allahverdiyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunub və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi barədə göstəriş verilib.

Lakin rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı da yaşayış yerini tərk edən aktiv koronavirus daşıyıcısı aşkarlanıb. Belə ki, rayon sakini Vüsal İsmayılzadənin karantin qaydalarını pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki