image-qanunla-reklam
image-qeza-vaz

Hacıqabulda ağır qəza: 1 ölü, 5 yaralı

image-lady-day-az

Hacıqabulda 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Qanunla.Az xəbər verir ki, hadisə Hacıqabul şəhərində qeydə alınıb.

Belə ki, VAZ-2106 markalı avtomobil “Hunday” markalı avtomobillə toqquşub. Qəza nəticəsində VAZ-2106 markalı avtomobilin sürücüsü, Hacıqabul sakini, 1986-cı il təvəllüdlü Qocayev Elşən Zeyəddin oğlu hadisə yerində dünyasını dəyişib.

Sürücünün avtomobildə olan övladları – 2011-ci il təvəllüdlü Qocayeva Ruqiyyə Elşən qızı, 2012-ci il təvəllüdlü Qocayev Əhməd Elşən oğlu, həyat yoldaşı, 1984-cü il təvəllüdlü Qocayeva Pərvin Qabil qızı və 2008-ci il təvəllüdlü Qocayev Nemət Qabil oğlu, “Hunday”nin sürücüsü, Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Abbasova Natiqə Teyyub qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki