Ötən aylarda gizli şəkildə nikah masasına oturan Hadisə ilə Mehmet Dinçerlərin ayrıldıqları iddia edilib.
“Qanunla.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Hadisənin ötən gün verdiyi konsertdə ağlaması və əri Mehmet Dinçerlərin ad günündə paylaşım etməməsi ayrılıqla bağlı iddiaları gücləndirib.
Belə ki, Hadisə evləndikdən sonra bütün konsertlərində Mehmet Dinçerlərin evlilik təklifi zamanı hədiyyə etdiyi 3 milyon TL-lik brilliant üzüyü həmişə taxıb. Lakin məşhur pop müğənnisinin son iki konsertində üzüyü taxmaması çaşqınlıq yaradıb. Mehmet Dinçerler də dünən axşam bir tədbirdə görüntülənib. Dinçerlərin üzüyünü taxmaması ayrılıq iddiasını gündəmə gətirib.
Bunlarla yanaşı, Hadisə sosial media hesabından etdiyi paylaşımında “İşığını söndürmək üçün hər şeyi edirlər, sonra da niyə parlamdığını soruşurlar”,- deyə yazıb.