image-qanunla-reklam
image-qanunla

Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan əməliyyatdır

image-lady-day-az

Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan əməliyyatdır

44 günlük Vətən Müharibəsinin gedişində Hadrutun işğaldan azad edilməsi proseslərin sürətlənməsinə və qələbəyə gedən yolun qısalmasına gətirib çıxardı. Düşmən uzun müddət ərzində bu məğlubiyyətlə barışmadı. Onlar yalan xəbərlər yayırdılar. Taktiki gediş olaraq Hadrutu verdiklərini, daha sonra isə geri aldıqları ilə bağlı sərsəm fikirlər səsləndirirdilər. Ancaq fakt öz faktlığında qalırdı. Hadrut müzəffər ordumuz tərəfindən işğaldan azad edildi. Hadrutun işğaldan azad edilməsi ilə düşmənə çox sarsıdıcı zərbələr vuruldu.
Ölkə başçısı cənab Prezidentin rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzur rayonlarında aparılan quruculuq, abadlıq işləri onu deməyə imkan verir ki, biz torpaqlarımızı əvvəlki görkəminə qaytaracağıq. Bu əraziləri cənnət-məkana çevirmək istəyirik. Bunun üçün lazımi və real addımlar atırıq. Cənab Prezidentin Hadrutda, Xocavənd rayonunda sakinlərlə görüşməsi və mesajları çox maraqla qarşılandı. Qısaca onu demək olar ki, Azərbaycan Ordusunun qarşısında heç kim tab gətirə bilməz. Azərbaycan Ordusu 44 gün ərzində ədalətli və ləyaqətli müharibə apardı. Biz uzun illərdir ki, işğala göz yuma bilməzdik. Məhz otuz illik işğala da Azərbaycan Ordusu son qoydu. 30 ilə yaxın müddət ərzində beynəlxalq birliyin və təşkilatların edə bilmədiyini Azərbaycan Ordusu məhz möhtərəm cənab Prezidentin rəhbərliyi altında yerinə yetirdi.
Hadrutda məscidin təməlinin qoyulması onu deməyə imkan verir ki, bu torpaqların bizə məxsus olduğunu bütün dünyaya nümayiş etdiririk. Təssüflər olsun ki, 30 il ərzində o torpaqlardakı maddi-mədəni irsimiz silinib. Həmin vandalizm aktlarının faktlaşdırılması prosesi həyata keçirilir. Bu gün biz yenidən haqqımız olanı əldə etmişik. Orada Azərbaycan, türk-islam mədəniyyətinin qorunub saxlanması, bərpa edilməsi və qurulması üçün dövlətimiz hər zaman xüsusi diqqət və qayğı göstərəcək. Xocavənd rayonunda, Hadrutda olan tarixi abidələrin qorunması, yenidən tədqiq edilməsi, əvvəlki görkəminə qaytarılması üçün dövlətimiz tərəfindən təxirəsalınmaz işlər həyata keçirilməkdədir.
Həmçinin işğaldan azad edilmiş ərazilərə həyatın qayıtması üçün infrastruktur layihələr dövlətimiz tərəfindən həyata keçirilir. Biz dostluq, qardaşlıq və xoş münasibətlər qurmaqla qonşu ölkələrlə sülh içərisində yaşamaqda maraqlıyıq. Ancaq kimlərsə bizim ərazilərimizə qarşı hər hansı iddia irəli sürərsə, suverenliyimizə təhdid yarada biləcək hansısa yanlış addımlar atarlarsa, onlar qarşılarında Azərbaycan Ordusunu, Azərbaycan dövlətini görəcəklər. Biz çox xoşbəxtik ki, bir il bundan qabaq çox şərəfli və unudulmaz günlər yaşadıq. Bu şərəfli günləri bizə yaşadan Ali Baş Komandan, cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Ümid edirik ki, biz tezliklə işğaldan azad edilmiş torpaqlarımıza qayıdacağıq. Ümidvarıq ki, tezliklə bütün keçmiş məcburi köçkünlərimiz öz doğma yurd-yuvalarında yaşaya biləcəklər.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir

Hadrut döyüşləri — İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il oktyabrın əvvəlində Azərbaycanın Xocavənd rayonunda yerləşən və birinci Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə baş verən döyüşlərdir. Xocavəndin işğaldan azad olunmasında Hadrut əməlliyatının böyük rol oynadığı bu əməliyyat İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyətə malikdir. Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması imkan verdi ki, Azərbaycan Ordusu öz hədəfinə – Qarabağın azad edilməsinə nail oldu. Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Eyni zamanda, Hadrut döyüşü Vətən müharibəsinin ən ağır və gərgin keçmiş döyüşlərindən biridir. Baxmayaraq ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmuşdur və bəzi yaşayış məntəqələrindən onlar tələm-tələsik qaçaraq çıxmışdılar, amma Hadrutda dirəniş göstərdilər, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etmişdir. Buna baxmayaraq, Azərbaycan əsgəri, zabiti qarşısında onlar öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar.
Azərbaycan ordusu cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə-Hadruta yönəldi. Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyat idi. Çünki məhz Hadrutu azad edəndən sonra Azərbaycan ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başladı. Hansı ki, düşmən Şuşaya hücumun bu istiqamətdən olacağını heç ağlına da gətirməmişdi və onlar hücumu iki istiqamətdən-Laçın dəhlizindən və Qırmızı Bazar istiqamətindən gözləyirdi.
Oktyabrın 7-dən başlayaraq ağır artilleriya döyüşləri başladı, oktyabrın 9-də isə Azərbaycan qoşunları qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına aldılar. Əvvəlcə hər iki tərəf qəsəbəyə nəzarət etdiyini bəyan edirdi. Hadrutun azad edilməsi barədə ziddiyətli məlumatlar yayılırdı. Çünki qəsəbənin ətrafındakı hakim yüksəkliklər düşmənin nəzarətində olduğu halda xüsusi təyinatlılar düşmən müdafiəsinin dərinliklərinə sızaraq Hadruta daxil olmuşdu. Digər qruplar isə Hadruta cənub istiqamətindən gələn yolları (Cəbrayıl və Xocavənd istiqamətindən) nəzarətə götürmüşdü. Əməliyyatın sonrakı gedişində Hadrut ətrafındakı yüksəkliklər də azad edildi və təxminən 2-3 gün davam edən döyüşlərdən sonra qəsəbə tamamilə Azərbaycan ordusunun nəzarətinə keçdi.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı

Prezident İlham Əliyevin bir neçə gün əvvəl Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söylədiyi dəyərli sözlər 44 günlük Vətən müharibəsinin çətin, amma şərəfli günlərini bir daha gözlərimiz önündən keçirdi. Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyətə malik idi. Hərbi və strateji baxımdan bu əməliyyat çox böyük önəm daşıyırdı. Onun uğurla başa çatması Ordumuzun Qarabağı azad etmək hədəfini reallaşdırdı. Çünki Hadrut ətrafında yerləşən yüksəkliklər böyük əraziyə nəzarət etməyə şərait yaradır.
Düşmən böyük canlı qüvvə ilə Hadrutda dirəniş göstərsə də, Azərbaycan əsgəri qarşısında davam gətirə bilməyib məğlubiyyətə uğradı. Xalqımız döyüşərək, qan tökərək, şəhidlər verərək uzun fasilədən sonra Hadruta – Xocavəndə qayıtdı. Şəhidlərimizin qanı, canı bahasına tarixi ədaləti bərpa etdik, işğalçıları doğma torpaqlarımızdan qovduq.
Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı. Çünki rəsmi İrəvan Azərbaycan Ordusunun Hadrutu azad edə biləcəyinə inanmırdı. Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşən yaşayış məntəqələrini işğalçılardan azad etməsi göstərdi ki, Ermənistan torpaqlarımızdan çıxmaq öhdəliyi götürməyənə qədər biz dayanmayacağıq və dayanmadıq.
Ermənistan rəhbərliyi və Ermənistan Müdafiə Nazirliyi isə xalqına yalan informasiyalar verərək bəyan edirdi ki, Hadrut ermənilərdədir. Azərbaycan Ordusu Hadrutda bayrağımızı qaldırmaqla erməni yalanlarına son qoydu. Hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərinin bərpa və yenidənqurma işlərinə başlayıb. Digər ərazilərimizlə yanaşı, Hadrutun da inkişafı ilə bağlı perspektiv planlar artıq müəyyənləşdirilib. Belə ki, Hadrutun beynəlxalq mədəniyyət və turizm mərkəzi olması nəzərdə tutulur. Artıq Hadrutun baş planının ilkin layihəsi də hazırlanıb və qəsəbənin bərpası işlərinə start verilib. Burada dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək, “Hadrut” yarımstansiyası və məscid tikiləcək. Hadrutun tarixi hissəsinin yenidən qurulması və tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzlərinin və otellərin tikilməsi nəzərdə tutulur. Azərbaycanın inzibati-ərazi bölgüsünə görə Xocavənd rayonunun tərkib hissəsi olan Hadrut qəsəbəsi tarixinin ən böyük tikinti-quruculuq dövrünü yaşayır, desək, yanılmarıq.
Əminik ki, işğaldan azad olunmuş bütün ərazilərimiz tezliklə bərpa olunacaq və doğma sakinlərinin ixtiyarına veriləcək. Bu işdə yaxından iştirak etmək isə vətəndaş olaraq hər birimizin müqəddəs borcudur.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi Hadrut qəsəbəsində də bərpa və yenidənqurma işləri aparılır

Müzəffər Ali Baş Komandanın işğaldan azad olunmuş rayonlara səfərləri xalqımızı daha da qürurlandırır. Hər bir səfərində həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olması, təməlqoyma və açılış mərasimlərində iştirak etməsi ölkə başçımızın Qarabağın inkişafına nə dərəcədə önəm verdiyini, siyasi iradəsinin gücünü sübut edir.
Oktyabrın 9-da cənab Prezident İlham Əliyevin növbəti səfəri Xocavənd rayonunun Hadrut qəsəbəsinə olmuşdur.
Hadrut qəsəbəsi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib. 9 oktyabr 2020-ci ildə isə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində işğaldan azad edilib.
İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi Hadrut qəsəbəsində də bərpa və yenidənqurma işləri aparılır. Qəsəbənin baş planının ilk layihəsinin hazır olduğunu deyən cənab Prezident yaxın 1 ay ərazində planın təsdiq olunacağını bildirmişdir. Bildiyimiz kimi əsas infrastruktur layihələrindən biri yolların çəkilməsidir. Hadruta 4 zolaqlı Hadrut-Cəbrayıl-Şükürbəyli, Hadrut-Füzuli, Tuğ-Hadrut avtomobil yolları çəkiləcək. Qeyd etmək lazımdır ki, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.Cənab Prezident səfər zamanı bu yollarda aparılan tikinti işlərinin gedişi ilə də tanış olub.
Görülən işlərə paralel olaraq, tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri də aparılır.
Dövlət başçımız buraya son səfəri zamanı 250 nəfərin ibadəti üçün nəzərdə tutulmuş məscidin təməlini qoymuşdur.
Prezident İlham Əliyevin ötən ilin oktyabrında imzaladığı “İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanının icrası məqsədilə bütün inzibati ərazilərdə dağıdılan paylayıcı elektrik şəbəkələrinin qəza vəziyyətindən çıxarılması istiqamətində işlərə başlanılıb. Hadrut qəsəbəsini elektrik enerjisi ilə təmin etmək üçün Füzuli rayonundakı “Şükürbəyli” yarımstansiyasından “Hadrut” yarımstansiyasına qədər uzunluğu 27 kilometr olan ikidövrəli hava xətti çəkilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da yeni “Hadrut” qovşaq yarımstansiyasının təməlini də qoyub. “Hadrut” yarımstansiyasının əvəzində tikiləcək müasir tipli bu yeni yarımstansiya Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edəcək.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Öz xalqına döyüşlər ilə bağlı yalan məlumat verən Ermənistan rəhbərliyi sonda məğlub oldu

Vətən müharibəsinin ilk günlərində Hadrutun azad edilməsi Azərbaycan Ordusunun döyüş meydanındakı üstünlüyünü daha da gücləndirdi. Çünki Hadrut, ilk növbədə, ermənilərin daha çox möhkəmləndiyi strateji mövqe olmaqla yanaşı, həm də düşmənin Füzuli və Cəbrayıl istiqamətlərinə əlavə qüvvə göndərməsi üçün mühüm bir ərazi idi. Bu qalibiyyət də Azərbaycan ordusunun planlı şəkildə etdiyi əməliyyat sayəsində oldu.
Ermənistan tərəfdən Hadrutun itirilməsini yalanlayan xəbərlər yayılırdı. Bu yalanlar təlaşın, düşmənin belinin qırılmasının şiddətli ağrısının nəticəsində ortaya çıxırdı. Artıq 1992-ci ilin 2 oktyabrında işğal edilmiş bu qəsəbə 2020-ci ilin 9 oktyabrında öz azadlığına qovuşmuşdu.
2021-ci ilin martın 15-də Ali Baş Komandan Prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldırdı və çıxış etdi. Ali Baş Komandan çıxışında Hadrutun işğaldan necə azad olunduğunu açıqladı.
44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini, ordumuzun gücünü, əsgərlərimizin şücaətini bütün dünyaya sübut etdi.

Vəfa Xəlilli-“Gəncliyə Dəstək” İB-nin sədri

 

Döyüşərək, qan tökərək, şəhidlər verərək doğma torpaqlarına qayıtmış Azərbaycan xalqı

44 gün davam edən və xalqımızın tam qələbəsi ilə nəticələnən Vətən müharibəsi ərzində rəşadətli ordumuz Ermənistan ordusunu darmadağın edərək, düşmənin tam müqavimətini qıraraq onu kapitulyasiyaya məcbur etdi. Nəticədə uzun müddətli danışıqlar prosesində Ermənistan əldə etmək istədiklərinin heç birinə nail ola bilmədi. Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, burada erməni dövləti yaradılması planları alt-üst oldu.
Bu tarixi qələbəyə yol son illərdə həyata keçirilən kompleks inkişaf siyasətindən keçdi. Məhz bu siyasət qələbə üçün tarixi şəraiti təmin etdi. Uzun illər aparılan siyasi- diplomatik mübarizənin məntiqi davamı olan dəmir yumruq tarixi ədalətin, ərazi bütövlüyümüzün bərpasını reallaşdırdı.
Artıq dövlətimiz, xalqımız müharibədən sonrakı dövrə köklənir. Əsas diqqət işğaldan azad olunmuş torpaqlara yönəlmiş, burada bütün rayon və kəndlərin yenidən bərpa edilməsi istiqamətində böyük layihələrə imza atılmaqdadır. Bu layihələrin həyata keçirilməsi ilə bağlı işlər artıq başlamışdır.
Müzəffər Ali Baş Komandanın işğaldan azad olunmuş ərazilərə səfər etməsi, həmin ərazilərdə üçrəngli Azərbaycan bayrağını ucaltması, bərpa işləri ilə tanış olması, təməlqoyma və açılış mərasimlərində iştirakı dövlət rəhbərinin siyasi iradəsinin, qətiyyətinin, eləcə də Azərbaycan dövlətinin gücünün və qüdrətinin növbəti dəfə isbatı oldu.
İşğaldan azad olunmuş Füzuli və Xocavənd rayonlarına səfərləri, orada yerləşən abidələrin – o cümlədən qədim tariximizi əks etdirən Azıx mağarasını, tarixi Tuğ kəndini, Hünərli kəndindəki Alban kilsəsini ziyarət etməsi qədim tarixi köklərimizə bağlılığın, milli-mənəvi dəyərlərimizin təbliğinin göstəricisidir.
Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqlarımıza hər bir səfəri xalqımızı qürurlandırır, düşmənləri isə sarsıdır.

Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini.

 

HƏMRƏYLİK QƏLƏBƏNİN SƏBƏBİDİR

Məlum olduğu kimi, Prezident İlham Əliyev oktyabr ayının 9-da Xocavənd rayonuna səfər etmiş və rayon ictimaiyyəti ilə görüşmüşdür. Xocavəndin düşmən işğalından azad olunmasının birinci ildönümündə ölkə başçısının bu səfəri və rayon ictimaiyyəti ilə görüşü xocəvəndlilər və eləcə də bütün Azərbaycan xalqı tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılanmışdır. Xüsusilə qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı möhtəşəm qələbəsinin birinci ildönümündə cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə səfərləri, burada həyata keçirilən quruculuq işləri ilə yerində tanış olması bütün dünyaya ciddi bir mesajdır. Bu nöqteyi-nəzərdən ölkə başçısının Xocavənd rayonuna səfəri torpağa əsl sahiblərinin geri qayıtdığının növbəti dəfə təzahürüdür.
Xocavəndin işğaldan azad olunmasında Hadrut əməliyyatı böyük rol oynadı. Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması imkan verdi ki, Azərbaycan Ordusu öz hədəfinə – Qarabağın azad edilməsinə nail olsun. Hadrut döyüşü Vətən müharibəsinin ən ağır və gərgin keçmiş döyüşlərindən biridir. Baxmayaraq ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmuşdur və bəzi yaşayış məntəqələrindən onlar tələm-tələsik qaçaraq çıxmışdılar, amma Hadrutda dirəniş göstərdilər və müqavimət göstərdilər. Lakin müzəffər ordumuz və xalqın həmrəyliyi qarşısında onlar öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar.
Azərbaycan xalqı döyüşərək, qan tökərək, şəhidlər verərək doğma torpaqlarına qayıtmışdır. Xalqımız uzun fasilədən sonra Hadruta – Xocavəndə qayıtmışdır. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “…Şəhidlərimizin qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına biz tarixi ədaləti bərpa etdik, işğalçıları doğma torpaqlarımızdan qovduq və doğma torpaqlarımıza qayıtdıq.
Ermənistan tərəfinin yalan və riyakarlığa əsaslanan siyasətinə qarşı Azərbaycan xalqının birlik və həmrəylik nümayiş etdirməsinin tarixi qələbimizin qazanılmasında böyük rolu olmuşdur. Bu baxımdan qeyd etməliyik ki, həmrəyliyimiz Qələbəmizin əsas səbəbidir. Çünki Azərbaycan xalqı dövlətimizin və Ordumuzun arxasında dayandı və Qələbəyə inandı. Bunun nəticəsində Azərbaycan tarixi Zəfər çaldı. Əminliklə deyə bilərik ki, bundan sonra da Qarabağa qayıdış prosesində də Xalqımız sarsılmaz birlik və həmrəylik nümayiş etdirməklə, tarixi torpaqlarımızın dirçəldilməsində mühüm rol oyanayacaqdır.

Xanım İmanova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi

 

HADRUT BEYNƏLXALQ MƏDƏNİYYƏT VƏ TURİZM MƏRKƏZİ OLACAQDIR

Hadrut qələbəsi 44 günlük Vətən müharibəsinin dönüş nöqtəsi sayılır. Hadrutun işğaldan azad edilməsi ilə Şuşaya gedən yol açıldı, Vətən müharibəsinin taleyi müəyyən olundu.
Ali Baş Komandan Prezident İlham Əliyevin də dediyi kimi Azərbaycan Ordusunun uğurla həyata keçirdiyi, mühüm hərbi-strateji əhəmiyyəti olan Hadrut əməliyyatı hazırda müxtəlif ölkələrin aparıcı elmi mərkəzlərində yaxından öyrənilir.
Hadrut qələbəsi həm də ona görə önəmlidir ki, bununla düşmənin  müdafiə əzmi və iradəsi qırıldı, Ermənistan rəhbərliyi artıq məğlub olduğunu dərk etdi. Bu baxımdan, Prezident İlham Əliyevin Hadrutda Azərbaycan bayrağını qaldırması böyük rəmzi məna daşıyırdı və böyük Zəfərin müjdəçisi idi.
Strateji əhəmiyyət daşıyan Hadrut, eyni zamanda, böyük iqtisadi potensiala malikdir. 1876,8 kvadratkilometr sahəsi olan Hadrut qəsəbəsinin imkanları buranı Qarabağın böyük iqtisadi və turizm potensialı ilə seçilən ərazilərindən biri etməyə imkan verir.
Əvvəllər Hadrut qəsəbəsində üzüm emalı zavodu, xalça sexi fəaliyyət göstərib. Hadrutun turizm imkanları genişdir. Qəsəbədə və onun ətrafında yerləşən yaşayış məntəqələrində çoxsaylı tarixi-mədəni abidələr, o cümlədən qədim alban məbədləri mövcuddur. Onlardan faydalanma qəsəbədə turizm sənayesinin inkişafı üçün mövcud olan potensialları daha da genişləndirir
Hadrut qəsəbəsi kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır. Bura Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialının mövcudluğu Hadruta qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək.
İşğaldan azad edilmiş şəhərləri, kəndləri, tarixi abidələri, məscidləri, qəbirləri dağıdılan Azərbaycan ona qarşı törədilən misli görünməmiş bu vandallıqdan sonra da Hadrutda ermənilərin yaşadıqları evlərlə onlar kimi davranmaq fikrində olmadı. Əraziyə səfər edən bəzi xarici KİV nümayəndələri də bu vəziyyətin şahidi oldular. Rusiyanın “İzvestiya” qəzetində dərc olunan məqalədə qəsəbədə müharibə bitdikdən sonra hər şeyin toxunulmaz qaldığı yazılmışdır. Müəllif hətta azərbaycanlı hərbçilərin buradakı erməni kilsəsini də dağıtmadığını xüsusi qeyd edir.
Hadrut da daxil olmaqla, Qarabağ bölgəsi bir çox monastır kompleksləri, məbədlər, qədim yaşayış məskənləri, qalalar ilə məşhur olduğu üçün bura açıq muzey sayıla bilər. Lakin ermənilər işğal dövründə bütün bu abidələri özününküləşdirməyə, o cümlədən Hadrutdakı məbədi də erməniləşdirməyə çalışıblar.
Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib: “Biz həm tarixi ədaləti bərpa edirik, həm bizim dini-mənəvi dəyərlərimizə sədaqət göstəririk. Hadrutun tarixi hissəsi yenidən qurulacaq. Artıq binaların təmiri ilə bağlı ilkin görüntülər var və eyni zamanda, qəsəbədə müşahidə olunan bu səliqəsizlik adamı incidir. Qəsəbəni bu gündə təsəvvür etmək mümkün deyil. Ona görə biz Hadrutu beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevirmək əzmindəyik”.
Ermənilər işğal dövründə təkcə tarixi abidələrimizi deyil, həm də torpaqlarımızı özününküləşdirməyə çalışmaqla Azərbaycan ərazisində yeni bir erməni dövləti yaratmağa cəhd göstərdi. Lakin Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan vermədi və bundan sonra da verməyəcəyik. Bu mesaj bu gün ermənilərə həm də Vətən müharibəsində düşmənin qorxulu yuxusuna çevrilən qəhrəman Azərbaycan əsgərinin və dronların təsvirinin “dəmir yumruq” abidəsində rəmziləşdirildiyi məkan olan Hadrutdan ötürülür.
Azərbaycanın xalq-ordu birliyini təcəssüm etdirən bu abidə qələbəyə məhz möhkəm birləşmiş “dəmir yumruq” sayəsində nail olduğumuzu göstərməklə yanaşı, həm də düşmənin yadına “dəmir yumruğ”un gücünü, yenidən işğalçılıq niyyətinə düşəcəkləri halda, bu yumruğun yerində olduğunu, onun bu dəfə işğalçıların başına daha böyük zərblə dəyəcəyini xatırladır

Könül Rəhimova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

HƏKİMLƏRİN FƏDAKARLIĞI UNUDULMAZDIR

Ötən ilin sentyabrın 27-də başlanmış və 44 gün davam edən Vətən müharibəsində əldə etdiyimiz qələbə və bu qələbəyə aparan yollar hələ də dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Xüsusilə də indi, düz bir il sonra, biz özümüz də həmin günləri anbaan sanki yenidən yaşayırıq.
Tarixi qələbəmizin əldə olunmasını bir sıra ciddi amillər şərtləndirib: “İlk növbədə, müdrik, uzaqgörən, savadlı və xalqının etimadını qazanmış liderimiz – Ali Baş Komandanımız İlham Əliyev. Məhz onun rəhbərliyi altında xalqımız bir yumruq kimi birləşdi, işi, sözü bir oldu, hamı bir hədəfə vurdu. İstər siyasət, istərsə də hərbi sahədə xalqın nümayəndələri müxtəlif sözlərlə, yollarla eyni bir işi görürdü. Ancaq ən ağır iş məhz döyüş bölgəsində, səngərdə canlarını qurban etməyə hazır oğulların çiyninə düşürdü. Məhz onlar qoyulmuş planlara, verilmiş əmrlərə müvafiq igidliklər göstərirdilər.
Bu mühüm amilin içərisində nə qədər incəliklər, nə qədər həssas məqamlar mövcuddur. Müharibə zamanı fədakarlıq göstərmiş həkimlərimizin də qəhrəmanlığı unudulmazdır. Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanmış, qırx iki nəfər qəhrəmancasına şəhid olmuşdur.
Bir anda bütün xidmətlərini hərbi qaydalara istiqamətləndirmiş tibb işçilərimiz iradə və dözüm, yüksək peşəkarlıq nümayiş etdirmiş, neçə-neçə igidimizi həyata qaytarmışdı. Həkimlərimizin müsahibələrini, müharibə ilə bağlı xatirələrini dinlədikcə, onların gördükləri işlərin çoxunu möcüzə hesab etmək olar: bir çox hallarda təbabətin bütün qaydalarına, illərlə təsdiqlənmiş normalarına rəğmən, ürəyi xeyli müddət dayanmış döyüşçülərin ürəklərini döyünməyə, komadan qayıtmağa məcbur etmişlər, sağalması mümkün olmayan yaraları sağaltmışlar. Bu, ancaq iradə, sonsuz məhəbbət gücünə əldə edilmişdir. Ancaq bu tibb işçilərinin yaşadıqları hisslər onlar üçün elə döyüşdə alınan zədə qədər ağır olurdu. Rasim Abdullayev, Azər Şəmilov, Turqut Xəlilbəyli, Adil Əfəndiyev, Mirlətif Ağayev, Anar Məmmədov, Eldar Abdullayev, Nurlan Fərəməzov, Şöhrət Qasımov, Tariyel Salmanov və onların simasında bütün şəhid olmuş tibb işçilərimizin xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Üç min şəhidimizin yeganə şəhid bacısı Arəstə Baxışova bu fədakarlığın ən böyük abidəsidir.
Müharibə günlərində bizi qələbəyə aparan əsas amillərdən birinin də milli birliyimiz, sarsılmazlığımızdır.
Mənfur düşmən bir mühüm amili nəzərə almırdı: xalq birləşmişdi, xalq vahid bir rəhbərə etimad göstərir və bir arzu ilə yaşayırdı: haqqı, ədaləti bərpa etmək, torpaqlarını geri qaytararaq, alnından məğlubluq ləkəsini silmək! Biz bunu bacardıq, Qələbə çaldıq. Bütün dünyaya sübut etdik ki, Qarabağ – Azərbaycandır! Vətən bölünməz!”.

Vüsal Rəhimov – Mədəniyyət işçisi

 

Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan əməliyyatdır

Xocavəndin işğaldan azad olunmasında Hadrut əməliyyatı böyük rol oynamışdır. Bu əməliyyat İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyətə malikdir. Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması imkan verdi ki, Azərbaycan Ordusu öz hədəfinə – Qarabağın azad edilməsinə nail oldu. Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Eyni zamanda, Hadrut döyüşü Vətən müharibəsinin ən ağır və gərgin keçmiş döyüşlərindən biridir. Baxmayaraq ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmuşdur və bəzi yaşayış məntəqələrindən onlar tələm-tələsik qaçaraq çıxmışdılar, amma Hadrutda dirəniş göstərdilər, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etmişdir. Buna baxmayaraq, Azərbaycan əsgəri, zabiti qarşısında onlar öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar.
Ermənistan tərəfinin yalan və riyakarlığa əsaslanan siyasətinə qarşı Azərbaycan xalqının birlik və həmrəylik nümayiş etdirməsinin tarixi qələbimizin qazanılmasında böyük rolu olmuşdur. Bu baxımdan qeyd etməliyik ki, həmrəyliyimiz Qələbəmizin əsas səbəbidir. Çünki Azərbaycan xalqı dövlətimizin və Ordumuzun arxasında dayandı və Qələbəyə inandı. Bunun nəticəsində Azərbaycan tarixi Zəfər çaldı. Əminliklə deyə bilərik ki, bundan sonra da Qarabağa Qayıdış prosesində də Xalqımız sarsılmaz birlik və həmrəylik nümayiş etdirməklə, tarixi torpaqlarımızın dirçəldilməsində mühüm rol oyanayacaqdır.

Vasif Məmmədov –Vətən müharibəsi iştirakçsı

 

Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı

Azərbaycan xalqı döyüşərək, qan tökərək, şəhidlər verərək doğma torpaqlarına qayıtmışdır. Xalqımız uzun fasilədən sonra Hadruta – Xocavəndə qayıtmışdır. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “…Şəhidlərimizin qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına biz tarixi ədaləti bərpa etdik, işğalçıları doğma torpaqlarımızdan qovduq və doğma torpaqlarımıza qayıtdıq”. Məhz, Azərbaycan Ordusunun əsgər və zabitlərinin mərdliyi, qəhrəmanlığı, şücaəti düşmənin geri çəkilməsinə və məğlub olmasına səbəb oldu. Hadrutda erməni yalanlarına inanan yerli əhali vaxtında oradan çıxmamışdı. Lakin Azərbaycan tərəfi oradakı mülki əhalinin təhlükəsizliyinə kifayət qədər həssaslıqla yanaşaraq, onların təhlükəsiz şəkildə ərazidən çıxması üçün şərait yaratdı. Hadrutun işğaldan azad edilməsinin bir çox mühüm əhəmiyyəti var idi.
Ermənistanın siyasəti yalanlar üzərində qurulduğunun, müharibənin gedişatında dəfələrlə Ermənistan tərəfinin döyüşlər ilə bağlı öz xalqına yalan məlumatlar verdiyinin şahidi olduq. Hadrut əməliyyatı ilə bağlı da Ermənistan mətbuatında yalan informasiyalar kifayət qədər çox idi. Hadrutun ətrafında yerləşən bütün dağları işğalçılardan təmizləyəndən sonra aydın oldu ki, qəsəbənin götürülməsi, sadəcə olaraq, müəyyən zaman tələb edir. Azərbaycan Ordusu az itkilərlə qəsəbəni götürməyə nail oldu. Ermənistan rəhbərliyi və Ermənistan Müdafiə Nazirliyi isə bəyan edirdi ki, Hadrut ermənilərin əlindədir. Azərbaycan Ordusunun Hadrutda bayrağımızı qaldırması nəticəsində erməni yalanlarına son qoyulmuş oldu.

Famil Nuriyev- Vətən müharibəsi iştirakçsı

 

Hadrut iqtisadiyyatın inkişafı üçün böyük potensiala malikdir

Qədim Azərbaycan torpağı olan Hadrut strateji əhəmiyyət daşımaqla yanaşı, eyni zamanda, böyük iqtisadi əhəmiyyət daşıyır. Qəsəbə 1458 kvadratkilometr sahəsi olan Xocavənd rayonunun ərazisində yerləşir, böyük iqtisadi və turizm potensialı ilə seçilən bölgələrimizdən biridir.
Hadrut kənd təsərrüfatının fərqli sahələrinin inkişafı üçün əlverişli şəraitə malikdir. Qafqazda qış, yay, müalicəvi, tarixi və dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı Hadrutda qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Tamamilə türk mənşəli toponimlərə sahib olan qəsəbə ən qədim insan məskənlərindən biri hesab olunur. Böyük yararlı torpağa malik bu ərazidə heyvandarlıq sahəsinin daha çox inkişaf etməsi imkanları var. Bununla yanaşı, aqrar sektorun fərqli sahələrinin inkişaf imkanları da mövcuddur.
Hazırda inşa edilən Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu işğaldan azad olunan bu qəsəbəmizin iqtisadi potensialının reallaşmasına imkan verəcək. Bu yol başlanğıcını Azərbaycanın tarixi ərazisi olan Qarabağdan, yəni Hadrut yaşayış məntəqəsindən götürəcək və düşməndən təmizlənən digər bölgələri birləşdirəcək. Bu isə Hadrut qəsəbəsində iqtisadiyyatın formalaşacağını və istehsal ediləcək məhsulların daha geniş bazarlara çıxarılacağını şərtləndirəcək.

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru

 

Erməni cinayətlərinə göz yuman beynəlxalq ictimaiyyət

Azərbaycan ərazisinin 20 faizi 30 il ərzində Ermənistanın işğalı altında olub: “Ötən dövr ərzində BMT Təhlükəsizlik Şurası başda olmaqla, beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Ermənistanın işğalçı və təcavüzkar kimi tanınmasını təsdiq edən sənədlər qəbul ediblər. Ancaq təəssüf ki, bu müddət ərzində bu təşkilatlar heç olmasa öz nüfuzları naminə bu sənədlərin icrası ilə bağlı bir dəfə də cəhd etmədilər. Nəticədə münaqişə sonda danışıqlar yolu ilə deyil, hərb-siyasi yolla öz həllini tapdı. 44 günlük müharibə müddətində işğalçı qonşu dövlət bütün beynəlxalq hüquq və humanitar normalarını da pozdu. Azərbaycan əsgəri bir dəfə də olsun mülki obyektə və ya mülki insana qarşı atəş açmadı, hətta mülki ermənilərə insani dəstək göstərdilər. Ermənistan isə cəbhə xəttindən uzaqda yerləşən rayonlarımızı hətta davamlı olaraq ən ağır və qadağan olunmuş silah və bombalardan, ağır artilleriyadan atəşə tutdu, aralarında körpə, qoca və qadınların olduğu yüzlərlə mülki insanlara qarşı ağır terror və müharibə cinayətləri törətdi.
Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərə beynəlxalq təşkilatların, dünyanın nüfuzlu media təmsilçiləri, ekspertlər və QHT nümayəndələri, diplomatlar səfər etdilər, təcavüzkar Ermənistanın əsil vandal, vəhşi, faşist və terrorçu mahiyyətinin şahidi oldular: Azərbaycan xalqının minilliklər boyu yaratmış olduğu mədəni irsi, yaşayış məntəqələri tamamilə məhv edilib, təbii sərvətlərimiz talanıb. Eyni zamanda işğaldan azad edilmiş əraziləri ziyarət edən hər kəs bütün bəşəriyyət üçün universal dəyər olan ətraf mühitə qarşı törədilən ekosid cinayətlərini gözləri ilə gördü.

Urfan Əhmədov- Mədəniyyət işçisi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki