image-qanunla-reklam
image-img-20210616-wa0009

Haluk Bayraktar Hərbi Qənimətlər Parkında – Foto

image-lady-day-az

Türkiyənin “Baykar Savunma” şirkətinin baş direktoru Haluk Bayraktar Bakıdakı Hərbi Qənimətlər Parkında olub.

O, azərbaycanlı dostu 9 qat Dünya, 3 qat Avropa çempionu, Muay-Tay və Tayboksinq federasiyalarının vitse-prezidenti, Əməkdar və Beynəlxalq dərəcəli idman ustası Araz Musayev və türk iş adamı Məhəmməd Şahinlə bərabər Qənimətlər parkında 44 günlük Vətən müharibəsində darmadağın edilən Ermənistan ordusunun ələ keçirilən hərbi texnikaları ilə tanış olublar.

Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Azərbaycana gəlmiş heyətdə təmsil olunan Haluk Bayraktar ötən gün ölkəmizin başçısı cənab İlham Əliyev tərəfindən Qarabağ zəfərinin qazanılmasında müstəsna rol oynadığına görə, “Qarabağ” ordeni ilə təltif edilib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki