image-qanunla-reklam
image-img_20211011_115110

Hamilə xanımlar peyvənd olmalıdırmı? – Rəşad Mahmudov

image-lady-day-az

Bu gün dünyada olduğu kimi, Azərbaycanda da peyvəndləmə ilə bağlı ciddi işlər aparılır. Peyvəndin vacibliyinin, xüsusilə tədris müəssisələrində peyvəndlənmənin nə dərəcədə vacib olduğunu hamımız bilirik.

Qanunla.Az xəbər verir ki, bu sözləri parlamentin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Rəşad Mahmudov deyib.

O əlavə edib ki, hamilə xanımlar və uşaq əmizdirən analar univesiritetə qəbul olunduqdan sonra onlardan peyvənd sertifkatı tələb olunur:

“Bu gün bir tələbə öz tələbəlik hüququndan imtina edib. Bu halda peyvəndə qarşı əks-sertifkat uyğun deyil. Beynəlxalq səviyyədə analara və hamilə qadınlara peyvənd olmamalıdır kimi bir tələb yoxdur. Hamilə qadınları və uşaq əmizdirən anaları peyvəndə məcbur da edə bilmərik. Amma əks sertifkatlar da mübahisəlidir. Bununla yanaşı bu cür insanların universitetlərdə normal təhsil alması məsələsinə də hansısa fomada aydınlıq gətirilməli, çıxış yolu tapılmalıdır. Çünki bu məsələ problemə çevrilir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki