image-qanunla-reklam
image-xamenei

Haniyənin qisasını almaq İranın borcudur – Xamenei

image-lady-day-az

İsmayıl Haniyənin qisasını almaq İranın borcudur.

Qanunla.Az xəbər verir ki, bunu İranın ali lideri ayətullah Əli Xamenei deyib.

Onun sözlərinə görə, bunun səbəbi İsmayıl Haniyənin İran torpaqlarında şəhid olmasıdır:

“Haniyəni qətlə yetirməklə İsrail özü üçün ağır cəzaya zəmin yaratdı”.

Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gəlmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki