image-970_50
image-5c52f371183561af4d8b4572

Həbib UFC-də varisinin adını açıqladı

image-728_90

Keçmiş Mütləq Döyüş Çempionatının (UFC) döyüşçüsü Həbib Nurməhəmmədov yaxın zamanda ən yaxşı yüngül çəki döyüşçüsünün kim olacağından danışıb.

“Bu ilin sonunda və ya gələn ilin əvvəlində ən yaxşı idmançı İslam Maxaçev olacaq. Bəlkə insanlar sadəcə onu təbliğ etdiyimi düşünürlər, amma yox. Sadəcə bu oğlanın nə qədər yaxşı olduğunu bilirəm”, – deyə o, “UFC Fight Pass”ın efirində deyib.

Qeyd edək ki, H.Nurməhəmmədov peşəkar rinqdə keçirdiyi 29 görüşün hamısını qələbə ilə başa vurub. Yenilməz döyüşçü ötən ilin oktyabrında karyerasını bitirdiyini açıqlayıb.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki