image-qanunla-reklam
image-mehkeme1_1576835170

Həbsdə olan müəllimənin əri Ramiz Mehdiyevin qohumu imiş… — TƏFƏRRÜAT

image-lady-day-az

Külli miqdarda dələduzluqda ittiham edilən gənc müəllimənin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. 5 il cəza alan qadının şikayəti təmin edilməyib.


Qanunla.Az xəbər verir ki, 1985-ci il təvəllüdlü Leyla Əliyeva dələduzluqda ittiham edilir. İş üzrə zərərçəkmiş şəxs Yusif İldırımzadənin qohumudur.

Məhkəmə araşdırması zamanı dindirilən zərərçəkmiş Kəmalə Əliyeva ifadəsində deyib ki, Dövlət Dillər Universitetində Leyla ilə eyni vaxtda oxuyublar və illər sonra təsadüfən qarşılaşıblar: “Leyla mənim işləmədiyimi bildi. Sonrakı danışıqlarımızda dedi ki, həyat yoldaşı Şahin Azərbaycan Diplomatiya Akademiyasında işləyir. Məni ora işə düzəldə bilər. Sənədlərimi hazırlayıb, gətirib ona verdim. 4 min manat da pul istəmişdi”.

Məhkəmə araşdırması zamanı Leylanın atası zərərçəkmişin pulunun 2 min manatını qaytarıb.

Digər zərərçəkən Heyran Amanova Leylanın iş yoldaşı olduğunu deyib. O, bildirib ki, Dövlət Dillər Universitetində birlikdə işləyiblər: “Mən analıq məzuniyyətində olanda Leylanın universitetdən çıxdığını sonradan eşitdim. Danışanda mənə dedi ki, artıq ADA-da işləyir, məni də ora düzəldə bilər. Dedim, bacım işsizdir. Onu düzəltmək üçün 8 min pul istədi. Biz də verdik. Məni qohumların yanında çox pis vəziyyətdə qoydu. İnanmırdım ki, belə iş görər, müdafiə edirdim ki, yox, iş düzələcək, gözləyin. Leylanın bu hərəkətindən sonra insanlara inamım öldü”.

Bu iş üzrə ən çox zərərçəkmiş isə Gövhər və anası Sevda İldırımzadədir. Onlar L.Əliyevaya 43 min dollar pul verdiklərini iddia edirlər. Gövhər İldırımzadə Leyla ilə tələbə yoldaşı olub.

İldırımzadələr məhkəməyə gəlmirlər. Hər ikisi məhkəmə istintaqı zamanı teleqram göndərib ki, istintaqdakı ifadələrini təsdiqləyirlər.

İstintaqdakı ifadələrindən isə belə məlum olur ki, onlar bankdan kredit götürüblər. 43 min dollar da krediti bağlamaq üçün imiş. Leyla pulu onlardan alıb, krediti də, faizlərini də özü ödəyəcəyini deyib. Amma kredit ödənilməyib.

Məlumata görə, zərərçəkən İldırımzadələr Xətai rayonunu keçmiş prokuroru Yusif İldırımzadənin yaxınlarıdır. Gövhər İldırımzadə polis polkovniki Rasim İldırımzadənin qızı, Sevda İldırımzadə isə həyat yoldaşıdır. Rasim İldırımzadə də Yusif İldırımzadənin qardaşıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki