image-qanunla-reklam
image-1680675891-642d10f0e9dbe642d10f0e9dbf1680675056642d10f0e9db9642d10f0e9dbb

Həbsdəki dayısına şirniyyatın içində narkotik keçirmək istədi

image-lady-day-az

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Qanunla.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Akif Oruc oğlu Ələkbərova bacısı oğlu Orxan İlqar oğlu Hüseynov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şirniyyatın içərisində xüsusi üsulla gizlədilmiş 3 ədəd sellofan bükülüdə ümumi çəkisi 1,664 qram olan narkotik maddə – heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki