Türkiyədə 26 yaşlı məhkum Həsən Çırgı Afyonkarahisar Həbsxanasından qaçıb.
Qanunla.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Həbsxanadan qaçan cinayətkar gecə saatlarında İzmirin Karşıyaka rayonuna gedərək, ondan bir yaş kiçik olan arvadı Melisa Çırgını bıçaqla öldürüb.
Hadisə yerindən qaçan cinayətkar tutularaq həbs edilib.
O, daha əvvəl 48 müxtəlif cinayət əməlinə görə mühakimə olunub.