image-qanunla-reklam
image-ankara

Heç kim buna susmağımızı gözləməsin – Ankara

image-lady-day-az

Heç kim azlıqların hüquqlarının pozulmasına susmağımızı gözləməsin.

Qanunla.Az xəbər verir ki, bu açıqlama ilə Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran çıxış edib.

Saloniki və ətrafındakı bölgələrdə Osmanlıdan miras qalan çox sayda məscid olduğunu, ancaq bayramlarda belə ibadət yerlərinin bağlı qaldığın deyən Kıran bundan təəssüfləndiklərini söyləyib:

“Bu məsələni Yunanıstanla təmaslarımızda ən ali səviyyədə gündəmə gətiririk, gündəmə gətirməyə də davam edəcəyik”.

Nazir müavini Türkiyədəki yunanları və Yunanıstandakı türkləri iki ölkə arasındakı əlaqələrin inkişafı üçün körpü olaraq gördüklərini vurğulayıb:

“Yunanların da azlıqların ləyaqətlə yaşamalarına yol açacaq addımlar atması üçün lazımi mesajları alacaqlarına ümid edirik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki