Türkiyənin məşhur siması, “Yeşilçam” ulduzu Cüneyt Arkın “Posta” qəzetinə müsahibə verib.
“Qanunla.az” xəbər verir ki, çəkdiyi bədii filmlərlə öz dövrünə damğa vuran aktyor sənəti ilə bağlı maraqlı açıqlamalar verib.
Belə ki, müsahibə zamanı Arkın, “Aktyor adətən “yox” ” deməz ifadəsini işlədib. Bu zaman jurnalistin “Hansı rolu oynamazsınız?” sualına sənətçinin cavabı bu olub.
“Təklif gələndə o adamı xəyal etməyə, düşünməyə başlayırsan. Amma məsələn, Rəcəb İvedik rolunu versən dünyada oynamazdım. Homoseksual və ya qadın rolunu da oynamazdım. Gördüyünüz iş sizə yaraşmalıdır. Biz Anadolu uşaqlarıyıq. Bu bizə yaraşmaz”.