image-qanunla-reklam
image-images

Heç zaman unudulmayacaq erməni cinayətləri

image-lady-day-az

Heç zaman unudulmayacaq erməni cinayətləri.

Erməni terroru və təcavüzünün başlanğıcı
XIX-əsrin sonlarına yaxın dünya imperializmi Osmanlı imperiyasını dağıtmaq üçün bütün vasitələrdən istifadə edirdi. XVIII- əsrin sonlarında Ərəbistan yarımadasında ingilis kəşfiyyatının yaratdığı, maliyyə və silah-sursatla təmin etdiyi vəhhabi hərəkatı Osmanlının Ərəbistan yarmadasımndakı nüfuzuna ciddi zərbə endirmiş oldu. Müsəlman türklərini kafir elan edən ingilis cəsusu, vəhhabiliyin banisi Məhəmməd ibn Əbdülvəhhab və ardıclıları Osmanlılara qarşı ardıcıl mübarizə aparırdılar. Eyni prosesi ingilis kəşfiyyat xidməti imperiyanın digər əraziləridədə tətbiq etməyə başladılar. Bu dəfə siyasi səhnədə uzun illərin tarix səhnəsində mövcudluğu bilinməyən erməni etnosu idi. Anadolunun şərqində yaşayan bu xalq ingilis və rus kəşfiyyatının səyləri nəticəsində təşkilatlanmağa başlamış, I dünya müharibəsi ərəfəsində Osmanlı dövlətinə daxildən böyük zərbə vurmağı düşünürdülər. Tarixdə itib batmış erməni kimliyini oyadan, qızışdıran və öz siyasi məqsədlərinə çatmaq üçün istifadə edən dünya imperializmi erməniləri həm təşkilatlandırır həmdə silahlandırırdı.
I dünya müharibəsinin başlanması imperialistlərə böyük fürsət yaratdı. “Qnçaq” və “Daşnaqsütyun” kimi erməni terror təşkilatları Anadolunun şərq vilayətlərində böyük üsyana hazırlaşırdılar. Onlar belə güman edirdilər ki, Osmanlı dövləti I dünya müharibəsi nəticəsində dağılacaq və bunlar öz dövlətlərini quracaqlar. Daha doğrusu bu ideyanı Antanta dövlətləri onların beyinlərinə yeritmişlər.
Müharibə başlandıqdan sonra, Qafqaz cəbhəsində hərbi əməliyyatların gedişi zamanı ermənilər rus qoşunlarının irəliləməsi üçün Osmanlının şərq vilayətlərində üsyanlar qaldırdılar. Bu üsyanlar nəticəsində erməni komitələri çoxlu dinc sakinləri qətlə yetirdilər. Tarixdə erməni məsələsi siyasi səhnəyə qədəm qoydu. Anadolunun şərqində qan su yerinə axırdı. Bu bölgənin türk-müsəlman əhalisi kütləvi qırğına məruz qaldı. Rus qoşunlarının köməyi ilə erməni komitələri bu vilayətlərin əhalisini kütləvi qırmağı qarşılarına məqsəd qoymuşdular. Çünki ermənilər bu ərazidə etnik azlıq təşkil edirdilər. Kütləvi türk-müsəlman qırğını ermənilərin etnik üstünlüyünə gətirib çıxarmalı idi. Osmanlının Qafqaz cəbhəsindəki məğlubiyyəti dinc əhali üçün ağır nəticələrə gətirib çıxardı. Osmanlı hakim dairələri erməni problemini həll etmək üçün müəyyən addımlar atdılar. Çar Rusiyasının I dünya müharibəsindəki məğlubiyyəti, fevral inqilabının baş verməsi “Türkiyə Ermənistanı” ideyasının iflasa uğramasına səbəb oldu. Ermənilərin Osmanlının şərqindəki məğlubiyyəti, erməni terrorçularının fəaliyyətinin Cənubi Qafqaza keçirməsinə gətirib çıxardı. Məğlub olmuş erməni komitələrinin tör-töküntüləri İrəvan quberniyası ərazisinə toplaşmağa başladılar. Tarixi faktlar təəsdiq edir ki, ermənilərin qeyri-Osmanlı ərazisində məskunlaşması Osmanlı hakim dairələrinin marağına uyğun idi. Osmanlı hökuməti Rusiya ilə Osmanlı arasında bufer zonanın yaranmasında maraqlı idi. Məhz Azərbaycan Cümhuriyyəti ilə eyni vaxtda, İrəvan quberniyası ərazisində yaranmış Ararat respubilkasının Osmanlı tərəfindən dərhal tanınması bu tarixi faktın sübutlarından biridir. Bu faktlar Osmanlı arxivlərində tədqiqat aparmış tarixçilərin elmi əsərlərində öz əksini tapmışdır. Bu tarixdən sonra Azərbaycan ərazisində erməni terrorunun, cinayətkarlığının əsası qoyuldu. Azərbaycan xalqı böyük faciələrlə üzləşdi. Xocalı, Malıbəyli, Ağdaban və s. faciələrini heç zaman unutmaq olmaz.
Sevindirici haldır ki, bu terrora, işğala, təcavüzə artıq son qoyuldu. Azərbaycan ordusu müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında düşmən sarsıdıcı məğlubiyyətə uğradı.

Rauf Musayev,
Saatlı rayon Mircəlal kənd tam orta məktəbinin tarix müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki