SOCAR “Azəriqaz” İstehsalat Birliyinin növbəti, həftənin isə sonuncu “Səyyar qəbul otağı” Ağdam sakinlərinin ixtiyarında olub.
Qanunla.Az xəbər verir ki, vətəndaşlar “Açıq mikrofon”un imkanlarından yararlanaraq qaz təchizatı ilə bağlı üzləşdikləri çətinliklərdən söz açıblar. Görüş zamanı fərdi qazlaşma, qaz xəttinin və qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı müraciətlər ünvanlanıb. Səsləndirilən hər bir müraciət SOCAR “Azəriqaz” İB-nin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşlara lazımi izahatlar verilib.