image-qanunla-reklam
image-fotojet-100

Həkim qəbuluna yolu tualetdən keçən xəstəxananın rəhbəri: “Sanitar qovşaq işləmir” – AÇIQLAMA + VİDEO

image-lady-day-az
Bu özü

Yevlax Rayon Mərkəzi Xəstəxanası ötən gün sosial şəbəkədə xəstələrin sanitar qovşaqdan keçərək həkim qəbuluna girdiyinə dair yayılan video ilə bağlı açıqlama verib.

Bu barədə  Yevlax Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Gülağa Əzizov bildirib ki, xəstəxanada koronavirus xəstələrinin müayinəsi aparılmır:

“Onlar müayinə üçün yoluxucu şöbəyə göndərilir. Yoluxucu xəstəliklər şöbəsi isə xüsusi sistem üzrə qurulub. Yəni, hər palatanın həyətə çıxış qapısı var və bu, sanitar qovşaqdan keçir. Məhz, başqa şəxslərlə təmas olmaması üçün xəstə həmin qapıdan qəbul edilir, müayinə olunur və yaxma götürülür. Əlavə olaraq da, nəzərinizə çatdıraq ki, həmin sanitar qovşaq hazırda fəaliyyət göstərmir, işlək vəziyyətdə deyil”.

Qeyd edək ki, yayılan videogörüntülərdə vətəndaş həkimin otağına getmək üçün sanitar qovşaqdan keçilməli olduğunu bildirib. Onun sözlərinə görə, vətəndaşlar sanitar qovşaqda həkim qəbuluna girmək üçün növbə gözləyiblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki