image-qanunla-reklam
image-219d73288312d33ed23a7d7670581a53

HƏMAS 477 gün əsir saxladığı 4 israilli qadını geri qaytardı

image-lady-day-az

HƏMAS İsrail həbsxanalarında cəza çəkən 200 məhbusun azad edilməsi qarşılığında dörd israilli qadın girovu azad edib.

İsrail ordusu HƏMAS tərəfindən saxlanılan daha 4 girovun azad edildiyini təsdiqləyib. Yanvarın 17-də imzalanan saziş çərçivəsində terror qruplaşması qadın əsgərləri – Karina Ariyev, Daniela Gilboa, Naama Levi və Liri Elbaqı İsrailə təhvil verib.

HƏMAS girovların qaçırılmasının “qanuniliyini” vurğulamaq üçün onlar mübadilə yerinə hərbi geyimdə gətirib. 477 gün əsirlikdə qalan qadınlar tibbi müayinədən keçmək üçün hərbi hospitala aparılıb. Müayinədən sonra onlar ailələri ilə görüşə biləcəklər.

Onların azadlığa buraxılması müqabilində İsrail HƏMAS-la əlaqəsi olan 200 məhbusu azad etməklə razılaşmanın şərtlərinə əməl edib. Müqavilə tərəflər arasında münaqişənin həllinə yönəlmiş kompleks danışıqların tərkib hissəsi olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki