image-qanunla-reklam
image-3e4c17d119b90ae307288c290f933677

HƏMAS AÇIQLADI: Qəzzanı təhvil verməyə hazırıq

image-lady-day-az

“HƏMAS” hərəkatı Qəzza zolağının Fələstin Milli Administrasiyasına təhvil verməyə hazır olduğunu bildirib.

Qanunla.Az bu barədə “Sky News Arabia” telekanalına istinadən məlumat verir.

Telekanalın məlumatında qeyd edilir ki, “HƏMAS” Qahirədə danışıqlar zamanı Misirin təzyiqi ilə bu qərarı qəbul edib.

Təşkilat qəbul etdiyi qərarını Fələstin Azadlıq Təşkilatının rəhbərliyinə göndərdiyi məktubda açıqlayıb.

Bundan başqa, “HƏMAS” hərəkatı müəyyən tələblər irəli sürüb.

Onların tələblərinə əsasən dövlət qulluğunda işləyən hər hansı bir üzvü yeni administrasiyada təmsil edilməlidir. Həmin şəxslər pensiya təminatı ilə də təmin edilməlidilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki