Qəzza zolağında gedən müharibədə həlak olan israillilərin sayı 900-ə çatıb. HƏMAS hələ də mülki və əsgər olmaqla 100-dən çox israilli girovu saxlayır.
“Qanunla.az” xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Bununla yanaşı, İsrail ordusu 200-dən çox terrorçu hədəfə daha bir neçə zərbə endirib. Livandan sərhədə daxil olan ən azı iki terrorçu güllələnib. Hadisə zamanı İDF-nin 300-cü briqadasının komandir müavini, polkovnik-leytenant Alim Abdullah həlak olub.
Oktyabrın 10-da səhər saatlarında İsrail ordusu Qəzza zolağında HƏMAS-ın bir çox hədəfinə “genişmiqyaslı” hava hücumları həyata keçirdiyini bildirib.