HƏMAS bütün fələstinlilərin, o cümlədən HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın cəsədinin Qəzzaya qaytarılmasında maraqlıdır.
Qanunla.Az xəbər verir ki, bu sözləri HƏMAS rəsmisi Husam Badran “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə bildirib.
Qeyd edək ki, Yəhya Sinvar 16 oktyabrda Rəfahda döyüşdə öldürülüb. Daha sonra İsrail əsgərləri onun cəsədini Təl-Əvivə aparıb. Sinvarın cəsədinin Qəzzada saxlanılan girovlarla dəyişdirilməsinə cəhd ediləcəyi iddiaları yayılıb.