image-qanunla-reklam
image-bez-nazvaniya

Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib

image-lady-day-az

Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib.

Hər bir xalqın milli varlığını şərtləndirən əsas amillərdən biri onun etnik-siyasi mütəşəkkilliyi, milli həmrəyliyidir. Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində  Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədi ilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar.

33 ildir ki, Azərbaycanda və dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar bu tarixi əlamətdar bayramlardan biri kimi qarşılayırlar. 2020-ci ildən etibarən isə MilliHəmrəylik Günü tamamilə fərqli, daha yüksək əhvali-ruhiyyə və coşqu ilə qeyd olunur. Çünki artıq torpaqlarımız işğaldan azad olunub. Vətən müharibəsindəki tarixi qələbədə xalqımızın millihəmrəyliyi də böyük rol oynayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən Ulu Öndər Heydər Əliyev dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması barədə qəbul etdiyi qərar dünyanın ayrı-ayrı guşələrində yaşayan azərbaycanlıların ümumi vətənimizin inkişafı, çiçəklənməsi naminə bir araya gələrək vahid azərbaycançılıq ideologiyası ətrafında birləşmələrində misilsiz rol oynamışdır.

Həmrəylik Günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. Həmrəylik Gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər. Bu bayram ildən-ilə daha geniş vüsət alır, ürəklərində Vətən eşqi, milli-mənəvi birlik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır. İlk dəfə həmrəylik və birlik arzuları ilə dillərə gətirilən və rəsmiləşdirilən bu bayram ürəklərdə uzun illərdən bəri qorunan azadlıq və birlik hisslərinin təzahürüdür. Ulu Öndər Heydər Əliyevin ölkəmizdə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar mənbəyi, mənəvi dayaq və güc mənbəyi olmuşdur. Dahi şəxsiyyətin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktualdır. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndərin uzaqgörənliyi xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünə mənəvi borc sayır.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 

 

Dünya Azərbaycanlıların həmrəyliyinin təcəssümü

Dünya azərbaycanlılarının azərbaycançılıq ideyası ətrafında birləşdirilməsi respublikamızda dövlət siyasəti olaraq həyata keçirilir. Yer üzündə yaşayan azərbaycanlıların milli məfkurəyə sadiqliyi vacib məsələdir. Dünyanın harasında yaşamasından, işləməsindən asılı olmayaraq, hər birimizin əsas məqsədi Azərbaycan dövlətinə, dövlətçiliyimizə, azərbaycançılığa xidmət olmalıdır. Azərbaycan Respublikası dünya azərbaycanlılarının vətənidir, bura onların isti ana qucağıdır.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib. Beləliklə, dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu.Buna görədə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyli günü Ulu Öndər Heydər Əliyevin adı ilə və zəhməti ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev xalqını, vətənini sevən xilaskar Liderdir. Milli dövlətçilik tariximizin ən şanlı qürur səhifəsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ömrünün böyük hissəsini xalqa, vətənə həsr edən bu dahi şəxsiyyət bu gün ki, müstəqil, demokratik və suveren Azərbaycan dövlətinin şanlı tarix səhifəsini yazdı. Məhz Ulu Öndər Heydər Əliyevin fədakarlığı, cəsarəti və uzaqgörənliyi sayəsində dövlətçiliyimiz və müstəqilliyimiz böyük bir fəlakətdən xilas oldu. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Xüsusilə qeyd etmək lazımdır ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu həmrəylik ölkəmizin daxilində də özünü qabarıq şəkildə büruzə verdi. 44 günlük şanlı Vətən müharibəsi zamanı sarsılmaz xalq-Prezident birliyi deyilənlərə bariz nümunədir.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

 

22 aprel 2022-ci ildə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirilib.

1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli xahişi və tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra beynəlxalq əlaqələrin möhkəmləndirilməsi baxımından həmvətənlərimizin arasında sıx, monolit birliyə nail olunmasını dövlətimizin qarşısında duran önəmli siyasi prioritetlərdən biri kimi müəyyən etmişdir. Ümummilli Lider xarici ölkələrə səfəri zamanı həmin ölkələrdə yaşayan azərbaycanlılarla görüşər, problemləri, qarşılaşdıqları çətinliklərlə tanış olar, onların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görər, milli-mənəvi dəyərlərimizin qorunmasının, onların yad, yabançı təsirlərdən hifz olunmasının, adət -ənənələrimizə sevgi, məhəbbət ilə yanaşılmasının xüsusi önəm kəsb etdiyini tövsiyə edər, bu baxımdan uğur qazanmağın yeganə yolunun milli birlikdən, həmrəylikdən keçdiyini vurğulayardı.

Ulu Öndərin ideyalarını ən yüksək səviyyədə davametdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl, məqsədyönlü siyasət, göstərilən hərtərəfli diqqət və qayğı sayəsində Azərbaycanın diaspor təşkilatları daha mütəşəkkil şəkildə fəaliyyət göstərir, qarşıya qoyulan vəzifələrin həlli istiqamətində uğurlarını daha da artırırlar. Dövlətimizin başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir, hər zaman ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında birləşməsinə böyük töhfələr verir. Məhz bu siyasətin məntiqi nəticəsi olaraq Prezident cənab İlham Əliyev daim  50 milyonluq dünya azərbaycanlılarının dəstəyini alıb, onların alternativsiz namizədi və lideri olub. Bufəaliyyətin ən ümdə cəhətləri xaricdəki azərbaycanlıların ana vətənimizin maraqları ətrafında daha sıx səfərbər olmaları və ən əsası, Azərbaycan həqiqətlərinin dünyadagetdikcə yaxından eşidilməsidir.

Bakıda dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin güclənməsinə əlverişli zəmin yaratmaqla yanaşı, milli həmrəyliyə və yekdilliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildiyini nümayiş etdirib. Məhz bu siyasətin məntiqi nəticəsi olaraq 2022-ci ilin aprel ayının 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V qurultayı keçirilmişdir. Qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak etmişdir.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qüdrətli sərkərdəliyi, güclü iradəsi, yenilməz qətiyyəti, şanlı ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı, xalqımızın öz rəhbəri ətrafında yumruq kimi birləşməsi nəticəsində möhtəşəm qələbəyə nail olundu. 30 illik Vətən, yurd həsrətinə, nisgilinə son qoyan bu tarixi zəfərin ölçüyəgəlməz sevincini, fərəhini xalqımız bu gün də yaşamaqdadır. Siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən və dünyanın harasında yaşamasından asılı olmayaraq, hər birazərbaycanlı 44 günlük müharibədə milli həmrəylik nümayiş etdirdi.

Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki