image-qanunla-reklam
image-214450167_787231621970897_8341279521845658782_n-1

Həmyelimiz Moskvada orta məktəbi qızıl medalla bitirib-FOTO

image-lady-day-az

Həmyelimiz Moskvada orta məktəbi qızıl medalla bitirib.

Moskvada orta məktəbi yüksək qiymətlərlə bitirən Babayeva Pərvin Zakir qızı haqqında məlumatı sizlərə təqdim edirik:

Həmyerlimiz Babayeva Pərvin Zakir qızı, 03.01.2004-cü ildə Bakı şəhərində anadan olub… Əslən Tovuz rayonundan olan Pərvin 9-cu sinifə qədər Bakı şəhəri 20 N-li Litseydə Rus bölməsində təhsil alıb.Atasının işi liə əlaqədar 2019-cu ildə 9-cu sinifi bitirdikdən sonra ailəsilə birlikdə Moskva şəhərinə gedib. Moskva şəhəri 508-li ümumtəhsil məktəbinin 10-cu sinifində təhsilini davam etdirib. Babayeva Pərvin 2021-ci ildə həmin məktəbi qızıl medalla başa vurub.  Məktəbdə miqrant statusu ilə təhsil alıb və bildirmək istəyirk ki,çox nadir hallardan biri kimi miqranta qızıl medal verilməsinə öz bilik və bacarığı ilə nail olub. Qardaşı Babayev Orbay Zakir oğlu da, 2020-ci ildə həmin məktəbi əlaçı olaraq başa vurub. 2020-ci ildə də Moskva Dövlət Politexnik Universitetinə qəbul olub və 1-ci kursu müvəffəqiyyətlə başa vurub. Miqran olduqlarına görə (bütün ailə üzvləri Azərbaycan vətəndaşıdır) hər ikisi yalnız ödənişli əsaslarla ali təhsil ala biliblər ki, bu da, təbii ki, maddi baxımdan çətinliklər yaradıb.

Atası Zakir Babayev Qanunla.Aza bildirib ki,hər ikisi Azərbaycan Respublikası xaricdə təhsil alan tələbələrin “Tələbə Təqaüdü” proqramı çərçivəsində təhsil alması təmin edilərsə, Azərbaycan Dövlətinə və əlaqədar şəxslərə minnətdar olaram…

Ailəsi Bakı şəhəri 20 N-li Litseyin kollektivinə və xüsusən də, sinif rəhbəri olmuş Aygün xanıma təşəkkürlərini bildirirlər.

Qanunla.Az İnformasiya Agentliyinin kollektivi adından,bu uğura görə Pərvini, onun valideynlərini və müəllimlərini təbrik edir, ona yeni-yeni nailiyyətlər arzulayırıq!

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki