image-qanunla-reklam
image-1617716203_ceyhun

“Hər belə səfər erməni vəhşiliyinin ifşasında böyük bir addımdır”

image-lady-day-az

Ceyhun Məmmədov: “Dünya erməni vəhşiliyini görməli, duymalıdır”

Xəbər verdiyimiz kimi, Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Ağdama səfər edib, nümayəndə heyəti erməni vəhşilikləri ilə yerindəcə tanış olub.

Bununlıa bağlı Moderator.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov, bu cür səfərlərin mühüm əhəmiyyətə malik olduğunu qeyd etdi:

“Bu səfərlər ölkəmizin maraqları baxımından xüsusi önəm daşıyır. Bizim qarşımızda mühüm vəzifə durub. Bu da Ermənistanı ifşa etmək, onun vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmaqdır. Odur ki, belə səfərlərin ölkəmiz üçün çox böyük əhəmiyyəti var.

 Belə səfərlər əsnasında digər dövlətlərin nümayəndələri erməni vəhşiliyi ilə yerindəcə tanış olurlar. Bu gün həmin nümayədələrdən bəzisi açıqlamalar da verdi, gördükləri ilə bağlı təəssüratlarını bölüşdü.

Azərbaycan erməni vəhşiliyini həm də beynəlxalq təşkilatların vasitəsi ilə ifşa edir ki, bu təşkilatlardan biri də İƏT-dir. Əlbəttə ki, bu təşkilatların nümayəndələri öz ölkələrinə qayıdandan sorna erməni vəhşilikləri haqqında daha böyük informasiyaya malik olacaq, daha çox danışacaqlar.

Vacib məqamlardan biri odur ki, bu gün Ermənistan müsəlman ölkələri ilə sıx əlaqə qurmağa çalışır. Özünü müsəlmanların dostu kimi təqdim edir. Azərbaycan isə bu kimi səfərlərlə Ermənistanı əsl simasını dünyaya tanıdır. Bu səfərlər Ermənistanın əsl mahiyyətini ifşa edir. Biz bununla Ermənistanın Azərbaycan xalqına qarşı sərgilədiyi vəhşilik və barbarlığın heç bir ölçüyə sığmadığını bütün dünyaya göstəririk”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki