image-qanunla-reklam
image-zefergunu

Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir

image-lady-day-az

Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.

30 ilin nisgilinə, acısına, torpaq həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə dünyaya səs saldı. Azərbaycan xalqı ən məğrur, yenilməz xalq kimi, ordumuz isə dünyanın ən güclü, peşəkar ordusu kimi tarixə yazıldı. Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar tarixi zəfərimizi şərtləndirdi. Rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını darmadağın etdi. Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Azərbaycan Prezidenti hər zaman hücum diplomatiyasına və milli maraqlara əsaslanan siyasət həyata keçirərək Ermənistanın 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti və bunun bütün region üçün yaratdığı ciddi təhdidləri məntiqi arqumentlərlə dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Müharibədə diqqət çəkən və kulminasiya nöqtəsi sayılacaq dövr   noyabrın 8-də Qarabağın ürəyi sayılan Şuşanın düşmən işğalından azad edilməsi oldu. Bu artıq qələbənin yaxınlaşması demək idi. Şuşa kimdədirsə Qarabağa da nəzarət ondadır! Bu bir aksiomadır… Noyabrın 9-da 70-dən artıq kənd, 1 qəsəbə, 8 strateji yüksəklik mübariz ordumuz tərəfindən azad olundu. Belə vəziyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da “ağ bayraq” qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi. Paşinyan hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı. Prezident İlham Əliyev 2020-ci il 3 dekabr tarixində hər il noyabrın 8-nin ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi və həmin günün bayram günləri sırasına daxil edilməsi haqqında Sərəncam imzaladı. Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə – Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək. Qazanılan mütərrəqi zəfərlə: – ərazi bütövlüyümüz təmin edildi; – ordumuzun gücü və imkanları bütün dünyaya nümayiş olundu; – milli birliyimiz daha da möhkəmləndi; – BMT-nin Dağlıq Qarabağla əlaqədar qətnamələrinin həyata keçirilməsi təmin edilmiş oldu; – yalançı erməni uydurmaları ifşa olundu; – Ermənistan üçün isə uydurma iddialardan əl çəkib region ölkələri ilə qarşılıqlı etimad əsasında özünün yeni həyatını qurmaq üçün şans yarandı. Bu gün Qarabağ böyük quruculuq, inkişaf dövrünə qədəm qoyub. İşğalçı qüvvələr Qarabağdakı bütün infrastrukturu, tarixi, dini və mədəni abidələri, yaşayış binalarını və evlərini darmadağın ediblər. Azərbaycanlılara məxsus yaşayış evlərinin, inzibati binaların və digər tikililərin inşasında istifadə olunan materiallar sökülərək Azərbaycanın işğal səbəbindən nəzarət edə bilmədiyi sərhədlərdən İrana, Ermənistana daşınıb. İşğal dövründə 67 məsciddən 65-i dağıdılmış, digərlərində isə donuz, inək saxlanılmışdı. Bu, əslində, bəzi qüvvələrin İslam dünyasına yüksək səslə bağırdıqları “həmrəyliyin” saxta pafos və ritorikadan başqa bir şey olmadığını göstərir. 30 il ərzində işğal altında saxlanılan torpaqlarımızın yeraltıç yerüstü sərvətləri talan edilib, meşələr kəsilərək satılıb, təbii resurslar qarət olunub. Avropa şirkətinin fəaliyyəti nəticəsində Oxçuçay çirkləndirilib və ekoloji fəlakət mühiti yaranıb. Bu baxımdan, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi həm də bütövlükdə bölgə üçün təhlükəyə çevrilə biləcək ekoloji fəlakətin qarşısının alınması deməkdir.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

 

Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarını, bütün döyüş tapşırıqlarını uğurla yerinə yetirən Silahlı Qüvvələrimiz tariximizin şanlı bir səhifəsini yazdı. Bu zəfər tariximizdə əbədi qalacaq. Dövlətimizin başçısının Şuşada qatıldığı müxtəlif tədbirlərdə bildirdiyi kimi, 44 gün davam edən müharibə Ermənistan üçün işğalçılıq xarakteri daşıyırdı. Azərbaycan üçün isə bu müharibə ədalətli müharibə idi. Ölkəmizin düşmənin ərazisində hər hansı bir hərbi niyyəti yoxdur. Azərbaycan Ordusu bu müharibəni respublikamızın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü təmin etmək uğrunda aparırdı. İşğalçı Ermənistan ötən əsrin doxsanıncı illərinin əvvəllərində respublikamızdakı hakimiyyət boşluğundan sui-istifadə edərək zor gücünə öz nəzarəti altına keçirdiyi torpaqlarımızı heç bir vəchlə geri qaytarmaq istəmirdi. Ermənistan işğal məhsulu olan status-kvonun sonsuzadək uzanmasında maraqlı idi. Üç onillik ərzində beynəlxalq birliyin təzyiqləri, sanksiyaları ilə üzləşməyən Ermənistan bundan daha da ruhlanaraq “yeni ərazilər uğrunda yeni müharibə” xülyasına düşmüşdü və düşmən ölkənin yüksək çinli rəsmiləri müxtəlif tribunalardan bunu açıq şəkildə dilə gətirirdilər. Respublikamıza qarşı davamlı təxribatlar törədən, bir qarış torpağımızı da geri qaytarmayacağını bildirən, bununla da tarixi ədalətə və beynəlxalq hüquqa hörmətsizliyini açıq şəkildə ortaya qoyan düşmən cəzalandırılmalı idi və Azərbaycan 44 günlük Vətən müharibəsində bunu etdi. 2020-ci ilin sentyabrın 27-də düşmənin ön xəttə törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün əks-hücum əməliyyatlarına başlayan Silahlı Qüvvələrimiz müharibənin ilk günlərindən təşəbbüsü ələ aldı və döyüş meydanında düşmənə sarsıdıcı zərbələr endirdi. Ordumuz qısa müddətdə 300-dək yaşayış məntəqəsini, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Suqovuşan, Hadrut qəsəbələrini, çoxlu sayda strateji yüksəklikləri bilavasitə döyüş meydanında işğaldan təmizlədi. Müzəffər Ordumuz noyabrın 8-də daha bir uğura imza atdı. Bir neçə gün davam edən əməliyyat Şuşa şəhərinin işğaldan təmizlənməsi ilə nəticələndi. Alınmaz qala sayılan Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə əsgər və zabitlərimiz misli görünməmiş qəhrəmanlıqlar göstərdilər. Noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər bir azərbaycanlı üçün müqəddəs sayılan bir məkandan – Şəhidlər xiyabanından Şuşanın işğaldan azad edilməsi ilə bağlı xoş müjdəni xalqımıza çatdırdı. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuş və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatmışdır. Şuşanın geri qaytarılması Vətən müharibəsində qələbənin əldə olunmasında həlledici rol oynadı. Prezident İlham Əliyevin bildirdiyi kimi, Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridirlər. Respublikamızda Ulu Öndər Heydər Əliyev uğurlu gənclər siyasətinin əsasını qoyub. Eyni zamanda, bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıllıqla davam etdirilib. Ölkəmizdə gənclərə qayğı, onların mükəmməl təhsil almalarına, idmanla məşğul olmalarına, asudə vaxtlarını düzgün təşkil etmələrinə diqqət ən yüksək səviyyədədir. Məhz belə uğurlu gənclər siyasətinin nəticəsidir ki, Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib.

Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Ehtiram Osmanov.

 

 

Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir.

Türk Dövlətləri Təşkilatının dünya üçün önəmi bundan sonra da artacaq. Təşkilatın təməlində təbii müttəfiqlər yerləşir. Türk dövlətlərin işbirliyi səmimidir. Xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və böyük coğrafiyanı əhatə edir. Türk ölkələrin zəngin təbii qaynaqları, müasir infrastrukturu və nəqliyyat yolları var. Türk dünyasının mədəniyyət paytaxtı, Qarabağın tacı Şuşadan verilən mesajlardan aydın oldu ki, təşkilata üzv ölkələr TDT-nin dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməsində maraqlıdır. Cənab Prezident İlham Əliyevin 6 iyul tarixində Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında da qeyd etdiyi kimi “Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensial döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, habelə mədəniyyət türk dünyasının böyük sərvətidir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir.” Zirvə görüşündə də qeyd olunduğu kimi, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşıda duran əsas prioritet məsələlərdən biridir. Üzv ölkələr Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun bütün potensialından istifadə olunmasının tərəfdarıdır. Təsadüfi deyil ki, Orta Dəhlizin ayrılmaz hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb. Eyni zamanda Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərməkdədir. Zirvə görüşündə imzalanan tarixi “Qarabağ Bəyannaməsi” ilə Türk Dünyasının inkişafının yeni yol xəritəsi  müəyyənləşdi. Qarşıdakı dövrdə təşkilat öz fəaliyyətini Qarabağ bəyannaməsinin müddəllarında əks olunan istiqamətlər əsasında davam etdirəcək. Bir sözlə, Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən zirvə toplantısı önəmli müzakirələr, vacib qərarlarla yadda qaldı. Toplantının sonunda imzalanan Qarabağ Bəyannaməsi isə Türk dünyasının həmrəyliyini, eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək. İmzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir.

Zərdab rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Bahar Qurbanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki