image-qanunla-reklam
image-1619090296-860660

Hərarəti olan şagird imtahanına buraxılmadı

image-lady-day-az

Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 22-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib.

DİM-dən Qanunla.Az-a verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, 1 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki