image-qanunla-reklam
image-1621790195_188922291_1377384899327836_4134123261377432766_n-1

Hərbçimiz qəfil VƏFAT ETDİ

image-lady-day-az

Vətən müharibəsində Murovdağ istiqamətində döyüşlərdə iştirak edən baş gizir  Ağayev Elman Ağamoğlan oğlu qəfildən dünyasın dəyişib. 

Qanunla.Az xəbər verir ki, məhrumun yaxınlarının məlumatına görə döyüşdə yaralanandan sonra, müalicə alıb. Baş gizir səhhəti normallaşandan sonra xidmətini davam etdirib. Bir müddətdir  səhhətində yaranan ağrılardan şikayətlənən Elman Ağayev, dünən Biləsuvar rayonuna ailəsinə baş çəkməyə gəlib.  Lakin bu gün  hərbçi evində olarkən qəfildən ürəktutmasından vəfat edib.

Qeyd edək ki, 1979-cu il təvəllüdlü baş gizir E.Ağayev 22 il Silahlı Qüvvələrimizdə xidmət edib. O, Aprel və Tovuz döyüşlərinin iştirakçısı olub. Vətən müharibəsində də yaralanan hərbçimiz “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu.

Ailəli idi, 3 övladı var.

Allah rəhmət eləsin!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki