image-qanunla-reklam
image-957fd0e8-d1bb-36c6-8c0b-39623a137ae4_850

Hərbi Akademiyada Türkiyə Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə görüş keçirilib

image-lady-day-az

 

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev Türkiyə Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə ölkələr arasında münasibətlərin dostluq və qardaşlıq üzərində qurulduğu bildirilərək, hərbi təhsil sahəsində birgə əməkdaşlığın perspektivləri müzakirə edilib. Gələcəkdə qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımların atılacağı vurğulanıb.

Qonaqlara Azərbaycanda hərbi təhsil sistemi haqqında brifinq təqdim olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki