Keniyanın paytaxtı Nairobidə təlim üçün havaya qalxan hərbi helikopter qəzaya uğrayıb.  

Qanunla.Az xarici KİV-ə istinadən xəbər verir ki,  Keniya Müdafiə Qüvvələri (KDF) sözçüsü Zipporah Kioko, Hava Qüvvələrinə aid Mi-171E tipli helikopterin, yerli vaxtla 09:00 radələrində paytaxt Nairobinin cənub-qərbindəki Ngongda qəzaya uğradığını bildirib.

Qəza nəticəsində 17 əsgər həlak olub. Keniya mediası təyyarənin göyərtəsində ümumilikdə 23 nəfərin olduğunu bildirir.

Helikopterin qəzaya uğramasının səbəbi hələ məlum deyil.