image-qanunla-reklam
image-0878edfb-3bd4-4cb1-8359-68eedfad95a7

Hərbi prokuror: “İtkin düşmüş yeddi hərbçinin axtarışları intensiv şəkildə davam etdirilir”

image-lady-day-az

 

“Müvafiq dövlət qurumlarının köməyindən istifadə edilməklə döyüş əməliyyatlarında həlak ol­muş şəxslərin qısa müddət ərzində şəxsiyyətlərinin müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin edilib”.

Bunu Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.

“Belə ki, Hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin işçiləri ilə birgə intensiv əməliyyat-istintaq tədbirləri, təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar keçirilməklə, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə müntəzəm iş aparılmaqla indiyədək 2907 şəxsin, o cümlədən, həlak olaraq itkin düşmüş hərbi qulluqçularımızın şəxsiyyətlərinin tam müəyyən edilərək meyitlərinin aidiyyəti üzrə təhvil verilməsi təmin olunub.

İtkin düşmüş digər 7 hərbi qulluqçunun olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də, axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır”, – deyə X.Vəliyev qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki