image-970_50
image-firad

Hərbi Prokurorun böyük köməkçisi Firad Əliyev baş ədliyyə müşaviri oldu – FOTO

image-728_90

Respublika Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyevə baş ədliyyə müşaviri rütbəsi verilib.

Qanunla.Az  xəbər verir ki, iyunun 25-də Silahlı Qüvvələrin yaradılmasının 103-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda tədbir keçirilib. Tədbirdə prokurorluğun bir qrup əməkdaşı təltif edilib. Baş prokuror Kamran Əliyev Hərbi Prokurorun böyük köməkçisi Firad Əliyevə baş ədliyyə müşaviri rütbəsini təqdim edib.

Qeyd edək ki, Firad Əliyev Bakı Dövlət Universitetinin hüquq fakültəsinin həm bakalavr, həm magistr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirib. 2005-ci ildən Prokurorluq orqanlarında xidmət edir.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki