image-qanunla-reklam
image-neft-fondu

Hesablama Palatası Neft Fondunun 2022-ci il büdcəsinə rəy verdi

image-lady-day-az

 

Fondun büdcə gəlirləri 10 milyard 589,7 milyon manat həcmində proqnozlaşdırılıb ki, bu da 2020-ci ilin müvafiq icra göstəricisindən 1 milyard 228,9 milyon manat və ya 13,1 faiz, 2021-ci ilin proqnozundan isə 2 milyard 588,5 milyon manat və ya 32,4 faiz çox, 2021-ci ilin gözlənilən icra göstəricisindən 2 milyard 299,1 milyon manat və ya 17,8 faiz azdır.

Bu “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyi”ndə qeyd edilib.

2022-ci il üçün Fondun büdcəsinin baza göstəricisi olan 1 barel neftin orta illik ixrac qiyməti növbəti il üçün 50 ABŞ dolları, Azərbaycan manatının ABŞ dollarına qarşı orta illik məzənnəsi dövlət büdcəsi ilə eyni səviyyədə götürülüb.

Bu göstəricilərə uyğun olaraq Dövlət Neft Fondunun 2022-ci il üzrə büdcə gəlirlərinin ümumi həcmi 6 milyard 229,2 milyon ABŞ dolları və yaxud 10 589 701 900 manat olması proqnozlaşdırılır ki, bu da manat ifadəsi ilə 2021-ci ilin gözlənilən icra göstəricisindən 2 milyard 299,1 milyon manat və ya 17,8 faiz azdır.

Cari ilin 9 ayı üzrə Fondun büdcə gəlirlərinin 130,5 faiz, büdcə xərclərinin 59,8 faiz icra olunması (Fonddan dövlət büdcəsinə transfertin proqnoza nisbətdə 59,9 faiz icrası), müvafiq tarixə xam neftin xalis mədaxil qiymətinin (61,1 ABŞ dolları) ilkin proqnozlaşdırılan (40 ABŞ dolları) məbləğdən 21,1 ABŞ dolları yuxarı olması Fondun büdcəsində 1 milyard 833,2 milyon ABŞ dolları profisit yaradıb, büdcədənkənar xərclərin isə 1 milyard 171 milyon ABŞ dolları təşkil etdiyindən Fondun aktivlərinin cari ilin əvvəli ilə müqayisədə (43 milyard 564,3 milyon ABŞ dolları) 662,2 milyon ABŞ dolları və ya 1,52 faiz artaraq 44 milyard 226,5 milyon ABŞ dollarına çatmasına şərait yaradıb.

Fondun gəlir və xərclərinin doqquz aylıq icrasının həcminə, həmçinin xam neftin xalis mədaxil qiymətinin büdcədə nəzərdə tutulan proqnoz qiymətlərinə nisbətdə artıq olması Fondun gəlirlərinin ilin sonunda proqnoz göstəricisinə nisbətdə mənfəət neftinin və qazın satışından gəlirlərində 64,7 faiz, akrhesabı ödənişlərində 27,1 faiz, vəsaitinin idarə olunmasından əldə olunan gəlirlərdə isə 95,1 faiz artması proqnozlaşdırılır ki, nəticədə ilin sonuna Fondun təsdiqlənən büdcəsindən 61,1 faiz artıq icra edilməsi gözlənilir.

Qeyd edək ki, 2022-ci ildə Fondun xərclərinin 12 milyard 789,7 milyon manat olacağı nəzərdə tutulub ki, bu da 2020-ci ilin müvafiq icra göstəricisindən 364,4 milyon manat və ya 2,9 faiz çox, 2021-ci ilin proqnoz göstəricisindən 540,2 milyon manat və ya 4,4 faiz çox, gözlənilən icra göstərcisindən isə 1 milyard 401,6 milyon manat və ya 12,3 faiz çoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki