image-qanunla-reklam
image-4c127d4f-5ae7-35be-bfeb-0885f2b8318c_850

Həsrət Cəfərov dünya çempionu olub, Ülvi Qənizadə bürünc medal qazanıb

image-lady-day-az

Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə Serbiyanın paytaxtı Belqraddakı U-23 dünya çempionatında bürünc medal görüşünü keçirib.

72 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada iranlı Amir Abdi ilə üz-üzə gəlib.

İlk hissədən sonra 0:6 hesabı ilə geridə olan Qənizadə möhtəşəm geridönüş edərək yekunda qələbə qazanıb – 12:7.

Beləliklə, yunan-Roma güləşi üzrə Azərbaycan millisi mundialı 1 qızıl və 2 bürünc medalla başa vurub. Ötən gün Nihad Quluzadə (55 kq) dünya üçüncüsü olub. Bu, yığmanın U-23 dünya çempionatları tarixində ən yaxşı göstəricisidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki