“Avroviziya 2014” təmsilçimiz Dilarə Kazımova “AStar” verilişində qonaq olub.
“Qanunla.az” xəbər verir ki, müğənni proqramda ilk dəfə keçmiş həyat yoldaşından boşanma səbəbini açıqlayıb:
“Həyatımda nə baş verdisə 2014-cü ildə oldu. “Avroviziya”ya qatıldım, ailə qurdum. Çox şad idim ki, həyatımda bu yarışma oldu. Hətta fikrimdə yenidən getmək də var. O vaxt ailə qurdum və 2 il sonra boşandıq. O, fəaliyyətimə manə olurdu və buna görə də ayrıldıq. Əvvəlcədən hər şey çox gözəl idi. Hətta “Avroviziya” olanda mənə çox dəstək olmuşdu”.