image-qanunla-reklam
image-img-20210508-wa0002

Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi” mövzusunda videokonfrans keçirilib-FOTO

image-lady-day-az

“Ümummilli Lider Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi” mövzusunda videokonfrans keçirilib.

06 may 2020-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsi Zərdab və Ucar rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə “Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi” mövzusunda Azərbaycan xalqının ümum¬milli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib.
Videokonfransda tanınmış ictimai-siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinın deputatı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, YAP İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma söbəsinin müdiri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimai Etimad Şurasının sədri Aydın Mirzəzadə, Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları, həmçinin Ağdaş, Göyçay, Bərdə, Tovuz, Xaçmaz, Hacıqabul, Samux, Qax, Yevlax, Yasamal rayon(Bakı) Heydər Əliyev Mərkəzlərinin direktorları iştirak etdi.
Videokonfransı Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova açaraq Azərbaycanı zamanın çətin sınaqlarından çıxarmış dahi şəxsiyyət Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti haqqında məlumat verib. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin möhkəm siyasi iradəsi sayəsində həyata keçirdiyi dərin islahatlar bugünkü modern və dayanıqlı inkişaf yolu ilə gedən Azərbaycan Respublikasının qlobal miqyasda öz layiqli yerini tutmasında müstəsna rol oynayıb.
Videokonfransda Millət vəkili Aydın Mirzəzadə çıxış edərək ümummilli lider Heydər Əliyevin Naxçıvandan başlanan şərəfli ömür yolundan və Azərbaycan dövlətçiliyi naminə həyata keçirdiyi fədakar fəaliyyətindən danışmışdır. Qeyd etmişdir ki, istər Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində Heydər Əliyevin öz xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Belə ki, SSRİ dövründə geri qalmış respublikalardan biri olan Azərbaycanın Heydər Əliyevin rəhbərlik etdiyi 1969-1982-ci illərdə qabaqcıl respublikalardan birinə çevrilməsi danılmaz və unudulmaz həqiqətdir. Məhz həmin illərdə çox möhkəm sənaye potensialı yaradılmış, müxtəlif infrastruktur layihələri icra edilmişdir. O layihələr ki, bu gün də müstəqil Azərbaycana xidmət göstərməyə davam edir. Sovetlər Birliyi dövründə Heydər Əliyev qurub yaradan dahi rəhbər kimi tanınırdısa, müstəqillik illərində daha çox xilaskarlıq missiyası ilə ön plana çıxmışdır.
Ucar rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova çıxışında 1993-cü ildə yeni müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasını dağılmaqdan və müstəqilliyini yenidən itirməkdən Ümummilli Lider Heydər Əliyev xilas etdiyini xüsusi olaraq vurğuladı. Ulu Öndərin müdrikliyi, siyasi və dövlətçilik təcrübəsi, o cümlədən möhkəm iradəsi sayəsində ölkə fəlakətdən qurtarılmış, respublikamız hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoymuşdur.
Ağdaş Regional Mədəniyyət İdarəsinin məsləhətçisi İlqar Vəliyev, Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva, Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova, Ucar Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Solmaz Xudayeva və digərlərinin çıxışlarında qeyd olunmuşdur ki, Ulu Öndər Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı çətinliklərə baxmayaraq ölkə iqtisadiyyatını dirçəltmiş, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirmiş, respublikanın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə iri layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoymuşdur.

image-fb_img_1620445928873image-fb_img_1620445947446 image-fb_img_1620445954612 image-fb_img_1620445960933 image-fb_img_1620445966484 image-fb_img_1620445971472 image-fb_img_1620445976167 image-fb_img_1620445981370 image-fb_img_1620445987963 image-fb_img_1620445992877


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki