image-qanunla-reklam
image-vadim-vasilyev

Heydər Əliyev Fondu Vadimin müalicəsini üzərinə götürdü

image-lady-day-az

Azərbaycan milli komandasının sabiq futbolçusu Vadim Vasilyevin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Qanunla.Az xəbər verir ki, bunu İdman.biz-ə 51 yaşlı veteran hücumçunun özü açıqlayıb.

O bildirib ki, müalicə xərclərini Fond qarşılayacaq:

“Heydər Əliyev Fonduna dərin təşəkkürümü bildirirəm. Bundan sonra onların nəzarəti altında “Liv Bona Dea Hospital”da müalicəmi davam etdirəcəm. Sevinirəm ki, məni bu yolda tək qoymadılar və səsimə səs verdilər”.

Qeyd edək ki, Vasilyev fevralın əvvəlində insult keçirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki