image-qanunla-reklam
image-1614581992_156055921_1075059662984652_6226902337545165230_n

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zərdabda inşa edilən uşaq bağçası istifadəyə verilib FOTOLAR-VİDEO

image-lady-day-az

Heydər Əliyev fondunun təşəbbüsü ilə Zərdabda inşa edilən uşaq bağçası istifadəyə verilib.

Qanunla.Az xəbər verir ki,Heydər Əliyev Fondu tərəfindən Zərdab rayonunda inşa edilən 2 nömrəli körpələr-evi uşaq bağçası martın 1-də istifadəyə verilib.
Zərdab rayon İcra Hakimiyyətinin başçısının birincı müavini Rəhman Feyzullayev və İcra Hakimiyyətinin məsul şəxsi Xəyalə Veyisova görülən işlərdən tanış olublar.
Dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə uşaqların təlim-tərbiyəsinin təşkili, onların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən layihələrə Heydər Əliyev Fondu mühüm töhfələr verir. Fondun ölkəmizdəki məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyəti müstəsna əhəmiyyətə malikdir. Uşaqların təlim-tərbiyəsinin Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etdiyini “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bir daha təsdiqləyir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb və bu sahədə çox mühüm nəticələr əldə edilib.
Bir sözlə, binada uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait qurulub. Qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları rəhbər tutulub. Uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar açılıb.Bağçada bütün otaqlar lazımı avadanlıqla təchiz edilib. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanacaq.















Vüqar Rəhimov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki