image-qanunla-reklam
image-269984309_2997119123844928_8115902942880642107_n

“HEYDƏR ƏLİYEV UZAQGÖRƏNLİYİNİN VƏ İLHAM ƏLİYEV DÜHASININ TƏNTƏNƏSİ”

image-lady-day-az
23.12.2021-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi” mövzusunda tədbir keçirilib.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova tədbir iştirakçılarını salamlayaraq Cənab Prezidentin 18 il ərzində Azərbaycanın necə inkişaf etdirməsindən söz açıb: “Prezident İlham Əliyev nadir şəxsiyyətlərdəndir ki, siyasi liderliklə yanaşı zəfər çalmış hərbi lider obrazını da özündə birləşdirir. Bu isə İlham Əliyevin potensialının daha bir hüdudsuzluğunun göstəricisidir. Məhz buna görə də o, ən çıxılmaz məqamlarda, bəzən başqaları üçün həlli mümkünsüz görünən məsələlərdə belə qətiyyətlə məsuliyyəti öz üzərinə götürür və məqsədinə çatır.
İlham Əliyev prezident və siyasi lider olaraq, dövlətin məsuliyyətini daşımaqla yanaşı, beynəlxalq və qlobal məsələlərdə də ciddi təsir gücünə malikdir. Müasir dünyanın önəmli siyasi liderlərindən biri olan Azərbaycan prezidenti dəfələrlə milli maraqlar məsələsində güzəştsiz mövqedə olduğunu sübut edib. Bu da onu digər siyasi xadimlərdən fərqləndirən əsas liderlik xüsusiyyətlərindəndir.
Tədbirdə daha sonra söz Zərdab rayon H.B.Zərdabi muzeyinin direktoru Vəfa Bayramovaya verilib. Vəfa xanım Azərbaycanın şaxələnmiş inkişafı və 44 günlük Vətən Müharibəsindən söz açıb: “Nəhayət ki, 30 il davam edən əsarət, həsrət sona çatdı. Azərbaycan xalqı, milləti öz dədə-baba torpaqlarına qovuşdu. Biz, bu gün Cənab Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Ona görə ki, İlham Əliyev Azərbaycan xalqının həsrətinə son qoydu. Mənfur düşmənin işğalçılıq siyasətinə son qoyuldu. Qətiyyətli və uğurlu-siyasi addımları ilə torpaqlarımızı erməni tapdağından azad edən Ali Baş Komandanımız xalqın, ordunun arxasında sonadək dayandı və Azərbaycan xalqı da Prezidentin ətrafında sıx birləşdi. Bu birlik erməni mifini darmadağın edərək Qarabağı əsl sahibinə qaytardı. 44 günlük Vətən müharibəsi bir günün və ya bir ayın içində düşünülmüş addım deyildi. Cənab Prezident 18 ildir ki, bu günü gözləyirdi və bunun üçün uğurlu siyasət yürüdürdü, yürütdü də. 18 il ərzində təkcə ordu deyil, Azərbaycan bütün sahələrdə inkşaf etdi. Uğurlu islahatlar özünü doğrultdu”, – deyə Vəfa xanım fikrini tamamlayıb.
Tədbirin sonunda Zərdab rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Alagöz Namazova, 2 saylı şəhər kitabxanfilialının kitabxanaçısı Fatma Muradova, çıxış ediblər.
image-269869214_2997116547178519_1467291944642920715_nimage-269920511_2997118490511658_8478459828835573057_nimage-270036230_2997118680511639_5182339658511700035_nimage-269894342_2997118770511630_7749063810605855069_nimage-269915303_2997118857178288_8264552964053705417_nimage-269917199_2997118900511617_994009548102805160_nimage-269984309_2997119123844928_8115902942880642107_nimage-269906669_2997119260511581_3735675124890088685_nimage-269895717_2997119347178239_6313118308623783625_nimage-269897139_2997119617178212_1718323627085764062_nimage-269935358_2997119667178207_8419395528222289627_nimage-269863086_2997119813844859_8466987375359858607_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki