image-qanunla-reklam
image-virus-myanmar

Hindistanda təhlükəli “Nipah” virusu aşkarlandı

image-lady-day-az

Hindistanın Kerala ştatında 11 nəfərdə təhlükəli “Nipah” virusu aşkarlanıb.

Qanunla.Az xəbər verir ki, bu barədə ştatın səhiyyə naziri Vina Corc deyib.

O bildirib ki, pasiyentlərin vəziyyəti sabitdir.

Bir gün əvvəl Kerala hakimiyyət orqanları 12 yaşlı oğlanın “Nipah” virusundan öldüyünü bildiriblər. Bundan sonra ştatın həkimlər onunla ünsiyyətdə olmuş 251 nəfəri müayinə etməyə başlayıblar.

“Hazırda Kojikode dairəsindəki tibb kollecində və xəstəxanada 38 nəfər təcridetmə rejimindədir, onların 11-i virusun aşkarlandığı şəxslərdir. Bununla yanaşı, 8 nəfərin analiz nümunələri yoxlama üçün Milli Virusologiya İnstitutuna göndərilib”, – Corc telekanala bildirib.

Xəstə oğlanın yaşadığı Kojikodedə və digər üç rayonda təhlükəsizlik tədbirləri gücləndirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki