İranın xarici işlər naziri Abbas Araqçi Livanın Hizbullah müqavimət hərəkatını bir daha İsrailin məğlubedilməzliyi mifini dağıtdığına görə alqışlayıb.
Qanunla.Az xəbər verir ki, o, bu barədə özünün X hesabında yazıb.
İranın baş diplomatı İsrailin Livandakı məğlubiyyətindən sonra Qəzzada məğlubiyyətini etiraf etməsinin vaxtı çatdığını deyib:
“Son bir il ərzində Netanyahu ABŞ-ın tam hərbi dəstəyi və siyasi örtüyündən istifadə etməklə, müharibə cinayətlərini maliyyələşdirmək üçün amerikalı vergi ödəyicilərindən on milyardlarla dollar qazanıb”.
Qeyd edək ki, İsraillə Livan arasında atəşkəs çərşənbə günü qüvvəyə minib.