Dünən Binyamin şəhərində 4 nəfərin ölümü, 67 nəfərin yaralanması ilə nəticələnən Hizbullahın PUA hücumu müasir müharibədə dronların artan təhlükəsini nümayiş etdirir.
Qanunla.Az xəbər verir ki, bu barədə “Yerusəlim Post” yazıb.
Nəşrin məlumatına görə, zərbə Hizbullahın uzun müddətdir istifadə etdiyi Mirsad-1 PUA-sı ilə endirilib:
“Mirsad-1 İranın “Mühacir-2” PUA-sının modeli əsasında Hizbullah əməliyyatları üçün uyğunlaşdırılıb. 40 kiloqrama qədər partlayıcı daşıya bilən PUA saatda 370 kilometr sürətə malikdir və 120 kilometr məsafə qət edə bilir. Hizbullah 2002-ci ildən bəri Mirsad-1-dən kəşfiyyat və hücum zərbələri, İsrailin hava məkanını keçmək üçün istifadə edir”.
Bildirilib ki, Binyaminə (hayfanın cənubundakı hərbi baza) hücum zamanı Hizbullah raket atəşi altında bir neçə PUA-nı işə salıb ki, bu taktika İsrailin müdafiə sistemlərini alt-üst etməyə hesablanıb. PUA-lardan biri İsrail hava hücumundan müdafiə sistemlərindən yayına və Binyamin rayonuna düşə bilib.
İsrailin “Defense Industry Daily” qurumunun hesabatına görə, bu, Mirsad-1-in İsrail müdafiəsini yarıb küçməsi ilə bağlı ilk hal deyil. Bu il də Hizbullah PUA-ları İsrail üzərində dövrə vurandan sonra Livana qayıtmışdılar.
Qeyd edək ki, Hizbullah PUA-sının İsrailin dərinliyinə (Hayfaya) hücumu zamanı radarların onu qeydə ala bilməməsi və sirenlərin işə düşməməsi şok effekti verib.