image-qanunla-reklam
image-1643091312-gulo

“Hüquq pozmaların sayında artım müşahidə olunur” – General

image-lady-day-az

2021-ci il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış və hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 17144 hüquqpozma faktı aşkar edilib. 

“Qanunla.az” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı deyib.

General bildirib ki, son beş ilə nəzər salsaq pandemiya şəraitinə baxmayaraq hüquqpozmaların sayında artım müşahidə olunur.

O əlavə edib ki, 2021-ci ildə bu hüquqpozmaların içərisində cinayətlərin xüsusi çəkisinin azalmasının şahidi oluruq. Əvvəllər bəzi illərdə bu 8% təşkil edirdisə 2021-ci ildə cəmi 2,4 faiz təşkil edib.

Anar Kəlbiyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki