image-qanunla-reklam
image-1628668341-receb-babasov_637547910654700100

“İcra başçısı deyil, kim olur olsun…” – Təhqir olunduğu deyilən bələdiyyə sədri DANIŞDI

image-lady-day-az

Bugün mediada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rayonun bələdiyyə sədri Tofiq Orucovu təhqir etdiyi ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Qanunla.Az-a açıqlama verən Qazax bələdiyyəsinin sədri Tofiq Orucov yayılan məlumatların yanlış olduğunu bildirib:

“Elə bir söhbət ola bilməz. İstəyir nazir, istəyir başçı, bir sözlə kim olur olsun heç kim məni təhqir edə bilməz. Hər kəsin şəxsiyyəti və mənafeyi var. O da bir kişinin oğludur, mən də bir kişinin oğluyam. Heç kim başqasını təhqir edə bilməz. Buna qanunvericilik yol vermir. Həm də Rəcəb müəllim çox sakit insandır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki