image-qanunla-reklam
image-32633072-1

İctimai Nəzarət Koalisiyası Tərtər rayon təşkilatı Şəhid Elşən Əlizadənin evinin bərpa olunmasına köməklik göstərdi

image-lady-day-az

İctimai Nəzarət Koalisiyası Tərtər rayon təşkilatı Şəhid Elşən Əlizadənin evinin bərpa olunmasına köməklik göstərdi.

İctimai Nəzarət Koalisiyası Tərtər rayon təşkilatının rəhbəri Nəcmiyyə Zeynalzadə və təşkilatın üzvləri 2-ci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Əlizadə Elşən Faiq oğlunun ailəsini növbəti dəfə ziyarət ediblər.
İlk dəfə edilən ziyarət zamanı ailənin problemləri ilə yaxından tanış olduqdan sonra adiyyatı qurumlara bildirilmişdi.

 

Bunu Kanal4.az-a açıqlamasında İctimai Nəzarət kolalisiyasının Tərtər rayon təşgilatının,Rəhbəri Nəcmiyə Zeynalzadə açıqlamasında deyib.

Növbəti dəfə şəhidimizin ailəsi ilə keçirilən görüşdə şəhidimizin ailəsinin yaşadığı evin şəraitinin yaxşı olmadığını nəzərə alaraq təşkilatımızın üzvləri tərəfindən bu məsələdə qeydə alındı.
Şəhidimizin atası Faiq bəy bildirdi ki, 44 günlük Vətən müharibəsindən sonra evə ilkin baxış keçirilmiş və evin sadecə təmir olunacağı deyilmişdir. Bizlərdə evin şəraitini gördükdə şəhidimizin ata və anasının, ailə üzvlərinin vəziyyəti ilə tanış  olduqdan sonra ailənin də şəhid ailəsi olduğunu nəzərə alaraq yerindəcə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqələr quruldu və İctimai Nəzarət Koalisiyasının Tərtər rayon təşkilatı adından xahiş olundu ki, şəhidimizin evi təmir yox sıfırdan bərpa olunsun. Çünki buna ehtiyac var.
Təşəkkür edirik ki, xahişimiz nəzərə alındı.  Şəhidimizin yarımçıq qalan arzularından biridə evini təmir etdirmək idi. Bəli artıq sevinclə deyə bilərik ki, şəhidimizin istədiyi kimi evinin bərpasına başlanmışdır. Ailənin sevinci həqiqətən gözlə görünəndir. Bunun üçün bizdə şadıq. Əvvəl ki, evlə indiki evin çox fərqi var, baxanda sevinirik. Şəhidimizin anası: Mən bu dərəcə heç vaxt düşünməzdim çox sağolun minnətdaram deməyi, bu razılıq ən böyük sevincdir bizim üçün. Buradan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələrinə  bir daha təşəkkür edirik!  Təşkilatımız adından şəhid ailələrinə göstərilən diqqət və qayğı üçün  Prezident Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirik!

Kanal4.az

Emin Xuduyev

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki