image-qanunla-reklam
image-trend_baku_city_spring_270415_01

İdarəetmə infrastrukturunun təkmilləşdirilməsi və maddi texniki bazanın müasirləşdirilməsi dövlətin inkişafından xəbər verən əsas göstəricilərdəndir

image-lady-day-az

İdarəetmə infrastrukturunun təkmilləşdirilməsi və maddi texniki bazanın müasirləşdirilməsi dövlətin inkişafından xəbər verən əsas göstəricilərdəndir

Ölkəmiz gündən-günə daha da inkişaf edərək gözəlləşir. Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci bir ölkə olmamışdır. Bu illər ərzində müxtəlif sahələrdə aparılan uğurlu islahatlar nəticəsində ölkəmiz nəinki Qafqazda hətda Avropa ölkələrini də inkişaf tempinə görə qabaqlamış, əhalinin maddi vəziyyəti durmadan yaxşılaşmışdır. İqtisadiyyata qoyulan sərmayələrin həcmi 2,8 milyarda qədər artırılmışdır. Qeyri neft sektorunun daha da inkişaf etdirilməsi nəticəsində neft məhsullarından asılılığ azalmış, ümumidaxili məhsulun həcmi isə daha da artmışdır. Artan vəsait ölkədə əhalinin dolanışıq səviyyəsinə, müdafiə məsələllərinə, yol- nəqliyyat xərclərinə, elm, təhsil, səhiyyə məsələllərinə və digər sahələrə yönəldilmişdir.. Odur ki, büdcəmiz əsasən sosial yönümlü büdcə kimi yadda qalmışdır. İdarəetmədə aparılan islahatlarla bir tərəfdən büdcə xərclərinin azalmasına, dövlətin digər vacib sahələrə yönəldilməsinə, tikinti abadlıq işlərinə yönəldilməsinə gətirib çıxarmışdır.Son illərdə bir çox nazirliklər və baş idarələr digərləri ilə birləşdirilmiş, bəziləri isə tamamilə ləğv edilmişdir. Bununla da paralelçiliklər aradan qaldırılmışdır. Beləliklə əsas iqtisadi və sosial göstəricilər inkişafda olan dinamikanı təmin etmişdir. Qazandığımız əlavə gəirlərimiz ölkəmizə imkan verir ki, biz sosial məsələlərin həllində daha da inkişaf edək, geri qalan sahələr daha da inkişaf etsin. Sön dövlərdə istər respublikamızın paytaxtı Bakı şəhərində, istərsə də regionlarda böyük abadlıq- quruculuq işləri həyata keçirilmişdir. Bakı şəhərində çoxsaylı evlər, dövlət idarələri, sosial- mədəni abyektlər tikilərək əhalinin istifadəsinə verilmiş, insanların mədəni ehtiyacları ödənilmişdir.Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən Dövlət Proqramlari uğurla həyata keçirilir.Azərbaycanda qazlaşdırma, yol infrastrukturu, məktəblər, mədəniyyət müəsissələri, kənd təsərrüfatı və digər sahələr sürətlə yenidən qurulur, əhalinin ehtiyacları ödənilir. Bütün bunlar ondan xəbər verir ki. ölkəmiz düz yolda olmaqla sürətli inkişafını təmin edir. Son illərdə ordu sahəsində də çox çevik işlər həyata keçirilməkdədir. Bələ ki, respublikamız təhlükəsizliyimizi təmin etmək üçün dünyanın inkişaf etmiş ölkələrindən ən müasir silahlar alır. Bu inkişafın nəticəsidir ki, 44 günlük müharibədə ermənistan ordusu davam gətirməmiş, darmadağın olmuşdur.Bütün bu göstəricilər dövlətin inkişafından xəbər verir.

Orxan Məmmədov,
Saalı rayon gənci


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki