Xaçmazda iki qardaş itkin düşüb.
Bu barədə “Qanunla.az”a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Belə ki, Xaçmaz rayon sakinləri 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənan aprelin 20-də təhsil aldıqları Xaçmaz rayon 9 saylı tam orta məktəbdən çıxdıqdan sonra onları görən olmayıb, eləcə də yaşadıqları evə bir daha geri qayıtmayıblar.
Şəkildə gördüyünüz şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in “102 – Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.